“Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi bəyanatlar ziddiyyətlidir”. Bunu SİA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, Paşinyan avantüralara meyilli bir şəxsdir: “Belə olan halda ondan hansısa məntiqli fikir gözləmək yersizdir. Ona görə də bu bəyanatlar əslində Ermənistanı uçuruma aparır”.
Politoloq deyib ki, ABŞ prezidenti Donald Trampla Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrda keçirilməsi nəzərdə tutulan görüşü baş tutmayacaq: “Əslində Paşinyan BMT-yə səfəri zamanı istəyirdi ki, Trampla görüşsün. Tramp isə onunla görüşdən imtina etdi. Paşinyanın Fransaya səfəri isə orada erməni lobbiçilərinin olması ilə bağlıdır”.
Deputat son olaraq Paşinyanın Ermənistanda “İldırım 2018” təlimləri çərçivəsində ordunu savaşa hazırlamasına da münasibət bildirib: “Düşünmürəm ki, bu reallaşsın. Onlar Azərbaycana təzyiq etmək imkanları yoxdur. Onlar heç özlərini Rusiyanın köməyi olmadan müdafiə etmək iqtidarında deyillər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB