Ermənistan çörəklə sınağa çəkilir TƏHLİL

Ermənistan çörəklə sınağa çəkilir TƏHLİL

Səriştəsiz yeni hakimiyyət ölkəni daha acınacaqlı duruma salıb

Ermənistan hazırda idxal məsələləri ilə bağlı ciddi problemlərlə üz–üzədir. Özü də problemlər təkcə idxalla deyil, daha çox ölkədə taxıla olan tələbatın ödənilməsi ilə bağlıdır. Bir sözlə, məxməri inqlabdan sonra yalan vədlərin fonunda Ermənistan üçün taxıl çatışmazlığı təhlükəsi günün reallığıdır.

Emənistan əhalisi idxal olunan taxıldan məhrum ola bilər

İdxal qadağaları səbəbindən işğalçı ölkədə Gürcüstan ərazisi ilə Ermənistana quru yolu ilə taxılın daşınması problemi yaranıb. Ermənistana məxsus 1in.am saytı yazır ki, yukdaşıyanlar 15 sentyabr tarixindən taxılla yüklənmiş yuk avtomobilləri ilə Gürcüstan sərhəddindən keçə bilməyəcəkləri bardə xəbərdarlıq alıblar. İndi yalnız yükdaşıyanlar çətinlik və təhlükənin fərqindədir. Çünki, bu qadağalar bilavasitə ilk olaraq onların özlərinə təsir edir. Əslində isə, bu yalnız yükdaşıyanların deyil, bütövlükdə Ermənistanın problemi, özü də taleyüklü məsələsi, strateji əhəmiyyəti olan məsələdə yaranan problemidir. Əgər bu yükdaşımaları istiqamətində yaranan problem aradan qaldırılmazsa, Emənistan əhalisi idxal olunan taxıldan məhrum ola, yaxud ən azından idxal olunan taxılı daha böyük qiymətə əldə edə bilər. Bu isə nəticə etibarı ilə çörək qıtlığı, yaxud, ən azından səfalət içərisində və maddi dürümü heç də yaxşı olmayan işğalçı ölkədə çörəyin qiymətinin arımı deməkdir.

Məxməri inqlabdan sonra hakimiyyət kürsüsünü mənimsəyən yeni hakimiyyət, Paşinyan hakimiyyəti əhaliyə populist çıxışlarla xoşbəxt, firavan gələcək, bolluq, bir sözlə “qızıl dağlar” söz versələr də hadisələr başqa nəticələrdən xəbər verir. Əslində, hadisələrin gedişi təsdiq edir ki, inqlab, xalq hərəkatı bəhanəsilə hakimiyyət çevrilişi edərək işğalçı ölkəyə rəhbərliyi ələ keçirən yeni hakimiyyət ölkəni daha acınacaqlı vəziyyətə, daha ağır səfalətə sürükləyir. Ermənistan ictimaiyyətini tezliklə ehtiyac içində qoyacaqları da göz qabağındadır.

Saylı günlərdən sonra taxılın Rusiyadan Ermənistana idxalı yalnız bir yolla, dəniz nəqliyyatı ilə yükdaşımalar hesabına reallaşdırıla bilər ki, bu da ekspeditor şirkətlərinin fikrincə çox risklidir. Yükdaşıyanlar yaranan problem barədə baş nazir Nikol Paşinyanı da məlumatlandırıblar, hansıki, Ermənistan üçün strateji əhəmiyyət daşıyır. Lakin səriştəsiz və əslində çarəsiz baş nazirdən heç bir reaksiya yoxdur. Heç ola da bilməz. Çünki, mövcud duruma yalnız özünün səbəb olduğu ən çox elə özünə əyandır. Həm də artıq ölkənin idarə edilməsində nə ilə qarşılaşacağının fərqində belə olmayan yeni baş nazir düşdüyü və ölkəsini düşürdüyü durumdan çıxış yolunu özü də bilmir. Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan movcud reallıqları dərk etməyə başlayıb və düşdüyü mürəkkəb durumdan çıxış yolu tapaçağına, şəxsən özünün uğursuz siyasəti nəticəsində ortaya çıxan problemləri həll edəcəyinə özü də inanmır, nəinki Ermənistan ictimaiyyəti.

İşğalçı ölkədə idxal məsələləri ilə bağlı yaranmış mövcud şəraitlə əlaqədar qaldırılmış səs-küydən sonra nəqliyyat nazirliyi bəyan edib ki, Cənubi Qafqaz Dəmir Yolları və “Gürcüstan dəmir yollar” arasında məhsulların Ermənistana daşınması üçün tariflərin bahalaşdırılmasının aradan qaldırılması barədə danışıqlar aparılır. Hətta bunun ardınca bildirilib ki, guya danışıqların nəticəsi olaraq Gürcüstan tərəfi erməni yükdaşıyanları üçün endirimlər tətbiq edəcək və daşınmaların qiymətində artım olmayacaq. Əslində isə, erməni mətbuatında da qeyd olunur ki, problem heç də həll edilməyib və bu barədə danışıqlar hamısı nağıldır, yəni yalan informasiyadır. Hətta 1in.am saytında xüsusilə vurğulanır ki, əlaqədar qurumla əlaqə yaratdıqları zaman bəlli olub ki, onlarda endirim, yaxud güzəşt olacağı barədə heç bir qərar yoxdur və bu məlumatın Ermənistan mediasında necə yayıldığı da məlum deyil. Hadisələrin gedişi onu deməyə əsas verir ki, Ermənistan üçün heç bir güzəşt nəzərdə tutulmayıb, heç bir endirimdən də söhbət gedə bilməz. Paşinyanın kiçik zaman fasiləsində daha acınacaqlı bir duruma gətirib çıxardığı dövlət isə bu ödənişlərin öhdəsindən gəlmək iqtidarında belə deyil. Bu da məlum olur ki, Ermənistan almaq istədiyi məhsulları hətta dəmir yolu vasitəsilə idxal etmək imkanına da malik deyil. Bir sözlə ümid yalnız dəniz nəqliyyatı ilə daşınmalara qalır ki, bu da qeyd etdiyimiz kimi, çox təhlükəli hesab olunur.

Ermənistana rəhbərliyi ələ keçirən bu hakimiyyət öz ölkəsinə yalnız nümayişlər, etiraz aksiyaları gətirib

Erməni mətbuatında qeyd olunur ki, məxməri inqlabdan sonra inhisarçılığın aradan qaldırıldığı yalanını eşidən yükdaşıyanlar yaranmış mövcud şərait səbəbindən keditlər hesabına aldıqları avtomobillər üçün ödəməli olacaqları kreditləri ödəməklə bağlı problemlərlə üz-üzədirlər. Yük daşınmalarının qarşısı alınarsa ödəməli olduqları ödənişləri hardan əldə edəcəkləri də sual altındadır. Məhz buna görə də çətin durum qarşısında qalan yükdaşıyanlar çıxış yolu kimi etiraz əlaməti olaraq yolda tıxac yaratmaq, yolu bağlamaq niyyətindədirlər. Görünür, əhaliyə, ələlxüsus nümayiş iştirakçılarına xoşbəxt gələcək, iqtisadi inkişaf barədə populist vədlər verən Paşinyan və onun komandası vəziyyəti daha da gərginləşdirib. Görünən məhz odur ki, Ermənistana rəhbərliyi ələ keçirən bu hakimiyyət öz ölkəsinə yalnız nümayişlər, etiraz aksiyaları daşıya bilib. İndi tıxac yaratmaq niyyətində olan yükdaşıyanlar özləri də etiraz aksiyasına start vermək niyyətindədirlər. Bir gün yolda reallaşan etiraz aksiyasının ertəsi gün baş nazirin özünün belə önünda olmayacağına heç kim təminat verə bilməz. Ələlxüsus, işğalçı ölkədə bir-birinin ardınca ortaya çıxan problemlər bunu proqnozlaşdırmağa əsas verir.

Yeni hakimiyyət də, Ermənistan ictimaiyyəti də düşdükləri, daha doğrusu özlərini saldıqları mövcud durumu görmək məcburiyyətindədir. İqtisadi inkişafdan dəm vuran, populist çıxışlarla daxili auditoriyanı aldadan küçə nümayişçisini hakimiyyətə oturdan ermənilər indi bədəlini ödədiklərini dərk etməlidir. Paşinyan hakimiyyətinin uğursuz siyasətinin girovuna çevrildiklərinin fərqində olmalıdırlar. Bilməlidirlər ki, isan azadlıqlarının, hüququnun aliliyinin, demokratik dəyərlərin təmin olunması, Ermənistanın iqtisadi inkişafına şərait yaradılacağı və digər bu kimi şuarlarla hakimiyyətə gələn Paşinyan azmüddətli rəhbərliyi dövründə ölkədə vəziyyət daha da gərginləşib.

İşğalçı dövlətin yeni baş naziri isə öz növbəsində uğursuz siyasətini etiraf etməli, doğru seçim etməli və mövcud reallıqlarla barışaraq onları qəbul etməlidir. Biz isə bunun əksini müşahidə edirik və aydın olur ki, Paşinyan üzləşdiyi uğursuzluları ört-basdır etmək üçün məsuliyyətsiz bəyanatlar verməyə əhali arasında nüfuzunu qorumağa çalışır. Demokratiya pərdəsi altında hakimiyyət kürsüsünü mənimsəyən, demokratiyadan komuflyaj kimi istifadə edən, əslində isə dövlət çevrilişinə imza atan baş nazir dərk etməlidir ki, öz uğursuz siyasəti sayəsində ölkəsi, Ermənistan əhalisi çörəklə sınağa çəkilmək təhlükəsi ilə üz-üzədir. Maskası çırılan Nikol bilməlidir ki, bunun bütün məsuliyyəti Ermənistanın yeni hakimiyyətinin, şəxsən onun üzərinə düşür və hələ bundan sonra daha hansı acınacaqlı duruma düşəcəyinin fərqində olmazsa, ən yaxın zamanda şəxsən onun özünü ilk növbədə Ermənistan cəmiyyəti ittiham edəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə