Həcc ziyarətindən qayıdarkən yol qəzasında yaralanan zəvvarların bəziləri evə buraxılıb
Həcc ziyarətindən qayıdarkən Türkiyədə avtobus qəzasında yaralanmış və hadisədən sonra ölkəmizə gətirən zəvvarların bəziləri evə buraxılıb. Bu barədə SİA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMI) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşov SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, ölkəmizə gətirilən lakin müalicəsini davam etdirən digər zəvvarların səhhətində heç bir problem yoxdur.
Zəvvarların ölkəmizə gətirilməsi üçün dövlət başçısının tapşırığı ilə iki təyyarənin ayrıldığını deyən mətbuat xidmətinin rəhbərinin sözlərinə görə ilk təyyarə qəza zamanı həlak olan, vəziyyəti kafi olan Azərbaycan zəvvarlarının ölkəmizə gətitilməsi üçün ayrılıb. O qeyd edib ki, həmin təyyarələrdə zəvvarlara lazımı yardım göstərmək üçün həkim heyəti də olub.
Qəza zamanı yaralanan lakin vəziyyətləri ağır olduğundan ölkəmizə gətirilməyən zəvvarlar haqqında da məlumat verən R.Dadaşova vurğulayıb ki, onların biri Türkiyənin Kayeseri digəri isə Adana şəhərində müvafiq klinikalarda müalicə alırlar: "Onların vəziyyətləri yaxşılığa doğru gedir. İnşallah onlar da sağaldıqdan sonra operativ şəkildə Azərbaycana gətirilməsi məsələsi tərəfimizdən həll olunacaq. Bütün bunlar göstərir ki, zəvvarlarımız həm QMİ-nin, həm dövlətin, həm də Türkiyədəki Azərbaycan səfirliyinin daim diqqətindədir. Türkiyədə müalicə alanlar üçün hər cür şərait yaradılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB