Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-dən Xorvatiya Respublikasında rəsmi səfərdədir. SİA xəbər verir ki, dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülən və hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Zaqreb şəhərinin “Franyo Tucman” aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevi Xorvatiya Prezidenti ofisinin rəhbəri xanım Anamariya Kiriniç və digər rəsmi şəxslər qarşılayıblar.
Xorvatiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991- ci ildə tanıyıb. Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasında uzun müddətdir ki, ikitərəfli əlaqələr mövcuddur. İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin yanvar ayının 26-da qurulub və hal-hazırki dövrə qədər uğurla davam edir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılıb və ilk rəhbəri Yaqub Mahmudov seçilib. Yaqub Mahmudov 4 mart 2016-cı il tarixindən də işçi qrupunun rəhbəridir.
Azərbaycan Respublikasının Xorvatiyadakı Səfırliyi isə 2011-ci ilin fevral ayından fəaliyyətdədir. Azərbaycan Respublikasının Xorvatiyaya təyin olunmuş səfıri cənab Kamil Xasiyev Xorvatiyaya Prezidenti cənab İvo Yosipoviçə öz etimadnaməsini 17 mart 2011-ci il tarixində, Xorvatiya Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfıri cənab Drajen Hrastiç isə öz etimadnaməsi Prezidenti cənab İlham Əliyevə 2 dekabr 2011-ci il tarixində təqdim edib.
Ölkə başçımızın Xorvatiyaya rəsmi səfəri birinci dəfə deyil və hər iki ölkə başçısının bu vaxta qədər bir neçə dəfə yüksək səviyyəli qarşılıqlı səfərləri olub. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 10-12 iyun 2005-ci il tarixində Xorvatiyaya səfərindən sonra, 2-3 oktyabr 2007-ci il tarixində Xorvatiya Prezidenti Stepan Mesiçin də ölkəmizə rəsmi səfəri reallaşdırılıb. Daha sonra Xorvatiya Respublikasının növəti və hazırki Prezidenti İvo Yosipoviçin 12-13 mart 2012-ci il tarixində ölkəmizə səfərinin ardınca, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 11-12 mart 2013-cü il tarixində Xorvatiyaya Respublikasında rəsmi səfərdə olub.
Hər iki ölkənin rəsmi dövlət nümayəndələrinin, nazirlərin də qarşılıqlı səfərləri, Azərbaycan Respublikası və Xorvatiyaya Respublikası Parlamentlərarası əlaqələri də hər zaman diqqət mərkəzində olub. Xorvatiya Parlamentində 2008-ci ildən Xorvatiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu fəaliyyət göstərir.
Azərbaycan Respublikası və Xorvatiyaya Respublikası arasında siyasi sahədə, iqtisadi sahədə, humanitar sahədə əməkdaşlıq mövcuddur və bu vaxta qədər dəfələrlə həmin səhələr üzrə mütəmadi olaraq mühüm sənədlər imzalanıb. Hər iki ölkə arasında siyasi sahədə Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr, konsulluq məsləhətləşmələri, beynəlxalq təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr olub. Mühüm sənədlər sırasında isə Birgə Bəyannamələr, əməkdaşlıq haqqında Protokollar, Sazişlər var. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq çərçivəsində ticarət dövriyyəsi, idxal və işxac əməlliyyatlar da mövcuddur və həm iqtisadi, həm də eyni zamanda humanitar sahədə əməkdaşlıq barədə mühüm sənədlər, Anlaşma Memorandumları imzalanıb, Sazişlər bağlanılıb.
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlər hələ də davam edir və bundan sonra da uğurla davam edəcəyi reallığı öz aktuallığını qoruyub saxlayır. Ölkələrimiz arasında mövcud münasibətlərin, siyasi, iqtisadi və digər sahələri əhatə edən əlaqələrin inkişafı hər iki ölkənin mənafeyinə uygundur və bu baxımdan əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyi, eləcə də genişlənəcəyi günün reallığıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB