ATƏT-in baş katibi İrəvanda Qarabağı müzakirə edib

ATƏT-in baş katibi İrəvanda Qarabağı müzakirə edib

ATƏT-in baş katibi Tomas Qreminger və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan İrəvanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər. Report xəbər verir ki, görüş zamanı T.Qreminger ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində münaqişənin yalnız sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

Eyni zamanda T.Qreminger və Z.Mnatsakanyan Ermənistanın daxili siyasi vəziyyətini də müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə