Araz Əlizadə: “İlqar Məmmədovun başını ABŞ səfirliyində xarab ediblər” MÖVQE
“Əslində “REAL”ın sədri İlqar Məmmədov hər kəs kimi normal insan idi. Sonradan AMİP-ə getdi, oradan isə Amerka Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinə işə düzəldi. Onun başını ABŞ səfirliyində xarab ediblər”. Bunu SİA-ya açıqlamasında ASDP sədri, millət vəkili Araz Əlizadə deyib.
Onun sözlərinə görə, İ.Məmmədov bundan sonra istəsə belə, normal addım ata və fikir söyləyə bilməz: “O artıq müəyyən şəxslərin və qüvvələrin təsiri altındadır. Bundan sonra müxtəlif pozucu addımların atılmasına təhrik ediləcək. Amma nə edirsə-etsin nəticə əldə edə bilməyəcək. Çünki, cəmiyyət radikalları qəbul etmir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB