"Wikileaks" saytı indi də ABŞ-ın milli təhlükəsizliyi baxımından əhəmiyyət daşıyan obyektlərin siyahısını yayıb. SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamenti 2009-cu ilin fevral ayında bütün xarici nümayəndəliklərindən ölkənin milli təhlükəsizliyi baxımından əhəmiyyət daşıyan obyektlərin siyahısını istəyib. Bu siyahı "Wikileaks" ın ələ keçirdiyi sənədlər arasında olub.
Siyahıda amerikalı diplomatların zərər görəcəyi təqdirdə ABŞ mənafelərinin təhlükə altında qalacağını söylədiyi obyektlər sırasında yüzlərlə neft təsisi, boru xətti, dənizaltı kabellər, fabriklər var. Bu sırdada Konqodakı kobalt mədənindən Avstraliyada zəhər əleyhinə preparatlar istehsal edən fabrikə, Daminarkadakı insulin fabrikinə qədər bir çox yer göstərilir.
Siyahıda Türkiyəyə aid önəmli təsislər isə İstanbul Boğazı, Bakı-Tbilisi-Ceyhan boru xətti və siyahıda adları göstərilən bəzi metal fabrikləridir.
"Wikileaks"ın indiyə qədər yaydığı ən mübahisəli sənəd olduğu bildirilən bu siyahı təhlükəsizlik mütəxəssisləri tərəfindən "terror təşkilatları üçün hədiyyə paketi" kimi dəyərləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB