ATƏT-in baş katibi Ermənistana niyə gəlir?

ATƏT-in baş katibi Ermənistana niyə gəlir?

ATƏT-in baş katibi Tomas Qreminger bu gün Ermənistana səfər edəcək. SİA-nın verdiyi məlumata görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi xəbər yayıb.

Qeyd olunub ki, Tomas Qreminger səfəri çərçivəsində xarici işlər naziri Zoqrab Mnatsakanyan, baş nazir Nikol Paşinyan və Parlamentin spikeri Ara Babloyanla görüşü gözlənilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə