Poroşenko Rusiya ilə dostluq və əməkdaşlıq münasibətlərini pozur SİYASİ İNTRİQA

Poroşenko Rusiya ilə dostluq və əməkdaşlıq münasibətlərini pozur SİYASİ İNTRİQA

Ukrayna XİN: “Bu, hər zaman bizim mövqeyimiz olub”

Ukraynanın xarici işlər nazrliyi Rusiya ilə razılaşdırılmış dostluq münasibətlərinin pozulması üçün lazım olan bütün sənədləri hazırlayıb. SİA İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə cümə axşamı Ukraynanın XİN rəhbəri Pavel Klimkin jurnalistlərə deyib.

“Bu sənədlər artıq hazırdırlar və paket halına salınıb. Bu, hər zaman bizim mövqeyimiz olub”, deyən Klimkin həmçinin bildirib ki, yaxın günlərdə sənədlər paketini ictimailəşdirəcəklər.

Klimkin eyni zamanda ictimai rəyə sübut edəcək faktları ayrı-ayrılıqda da deyə biləcəyini bildirib. O, Rusiyanın daha öncə dostluq əlaqələri ilə bağlı sazişi imzalandığı günündən pozduğunu iddia edib.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında dostluq və əməkdaşlıq sənədi 1997-ci lin mayında imzalanıb, 1999-cu ilin aprelindən qüvvəyə minərək, 10 il müddətinə nəzərdə tutulub. Sənəd avtomatik olaraq, hər 10 ildən bir qüvvəsini saxlayıb və növbəti onilliklərə hesablanıb. Eyni zamanda, sazişin pozulması tərəflərdən birinin etiraz etməsi ilə qüvvəyə minir. Beləliklə, 2018-ci ilin oktyabrında növbəti onillik müddət başa çatır və tərəflər dostluq və əməkdaşlıq sənədinin yenidən 10 illik müddətdə uzadılması, yaxud, pozulması qərarını verməlidirlər.

Xatırladaq ki, Ukrayna prezidenti Petro Poroşenko 2018-ci ilin 28 avqust tarixində ölkə XİN-nə yaxın günlərdə Rusiya ilə münasibətlərin pozulmasını təsdiq edən sənədin hazırlanması tapşırığını verib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə