Müsavatda İsa Qəmbərin dayaqları da zəifləyir
Müxalifət düşərgəsində bir-birinin ardınca baş verən qalmaqallar son vaxtlar bir qədər də genişlənib. Səbəb də xaricdən verilən qrantların həcminin azalmasıdır. Maliyyə yardımlarının azalması partiya liderlərinin gəlirlərinin də azalmasına gətirib çıxarıb. Artıq iddialı partiya yetkililəri, az da olsa, ayrılan qrantları başqaları ilə bölüşmək fikrində deyillər. Yəni vəsaiti tam şəkildə özləri mənimsəməyə çalışırlar. Bu isə, yeni qarşıdurmalara yol açır. Çünki partiya sədrlərinin müavinləri də maliyyə yardımları əldə etmək məsələsində iddialarından əl çəkmək fikrində deyillər. Bu isə, bir növ partiya rəhbərliyi arasında ciddi qarşıdurmaların yaranmasına gətirib çıxarır. Bu, daha çox özünü Müsavat, AXCP, ADP kimi partiyalarda özünü göstərir. Daha doğrusu, sözügedən bu partiyalar daxilində sədrlərə qarşı müavinlər tərəfindən bir birlik nümayiş etdirilir. Birliyin əsas məqsədi sədrləri sıxışdırmaqla onları pay bölgüsündə yalnız özünü düşünməmək prinsipinə əməl edilməsinə məcbur etməkdir. Artıq Müsavatda, AXCP-də müavinlərin, ümumiyyətlə, kollegial orqanlarda təmsil olunan şəxslərin başqana qarşı nümayiş etdirdikləri təsir və təzyiqlər öz nəticəsini verməkdədir.
Müsavat məclisi başqana etinasızlıq göstərməyə hazırlaşır
Müsavat başqanının müavini Səxavət Soltanlı avqustun 24-də keçirilən məclisin toplantısında açıq şəkildə keçmiş müavin Fəttah Heydəri Arif Hacılıya qarşı irəli sürdüyü ittihamlara görə haqq qazandırıb. Bildirib ki, həqiqətən də, Arif Hacılının idarəetmə prinsipləri partiya nizamnaməsinin kobud şəkildə pozulması ilə müşahidə olunur. S.Soltanlı A.Hacılıdan narazı qalmasını maliyyə məsələləri ilə bağlı olduğunu gizlətməyə çalışsa da, başqanın qardaşı Mustafa Hacılı üzüdönüklüyün səbəbini müavinin gəlirinin bir qədər azalmasına işarə vuran fikirlər səsləndirib. Hətta M.Hacılı S.Soltanlının partiyadan uzaqlaşdırıla biləcəyinə dair eyham da vurub. Amma proseslərin inkişafı və Müsavat daxilində baş verən hadisələr, onu deməyə əsas verir ki, M.Hacılının S.Soltanlını hədələməsi effektsiz alınacaq. Çünki artıq Müsavat daxilində, nəinki A.Hacılının, ümumiyyətlə, Müsavatın keçmiş başqanı İ.Qəmbərin, mövqeləri tamamilə zəifləyib. Artıq əsas rolda Gülağa Aslanlı, Osman Kazımov, Səxaət Soltanlı və digərləri çıxış edirlər. Yayılan məlumatlara görə, A.Hacılının Müsavat daxilində mövqeləri o dərəcədə zəifləyib ki, artıq partiyada başqanın qərarları icra edilmir. Öz funksiyasını yerinə yetirmək və ya nizamnamə tələblərinə əməl etmək kollegial orqanlar üçün mənasız və əhəmiyyətsiz görünür. Bu isə, A.Hacılının partiyanın qurultayına qədər başqanlıqdan gedə biləcəyi ehtimallarını yaradır. Ehtimalları Müsavat məclisinin növbəti toplantısında, A.Hacılının səhvlərinin nəticəsi olaraq, kütləvi istefaların baş verməsi ilə bağlı məsələ müzakirə olunacaq. Bu müzakirələr zamanı A.Hacılıya xəbərdarlıq, ən pis halda isə, məclisin etimadsızlığı barədə qərarı qəbul edilə bilər.
AXCP-də Əli Kərimliyə qarşı inamsızlıq hökm sürür
Müsavatla yanaşı, AXCP-də də sədrə qarşı yetkililərin münasibəti A.Hacılıya qarşı Səxavət Soltanlı kimilərin münasibətindən heç də fərqlənmir. Hətta bir qədər araşdırma aparılsa, Ə.Kərimliyə qarşı nifrət hissinin daha dərin olduğunu görmək olur. Bunun da səbəbi Ə.Kərimlinin xaricdən verilən maliyyə yardımlarını özü tək yeməklə yanaşı, partiya üzvlərinə yuxarıdan aşağı baxmasıdır. Onun yalan vədlərinə aldanıb, icazəsiz aksiyalar zamanı həbs edilənlərin taleyi ilə maraqlanmaması partiyadaxili müxalif durumun daha da genişlənməsinə təkan verib. Partiya yetkililəri, hesab edirlər ki, Ə.Kərimli Böyük Britaniyada kef məclislərində tüfeyli həyat tərzi keçirən oğlu Türkel Kərimliyə 100 min manatlarla vəsait xərclədiyi halda, AXCP-nin həbsdə olan Fuad Qəhrəmanlı, Seymur Həciyev, Gözəl Bayramlı və digər cəbhəçi fəallarla bağlı heç bir tədbir görmür və ya maliyyə yardımı göstərmir. Halbuki həbsdə olan AXCP yetkililərinin ailələrinə çatdırılması üçün, yalnız 2017-ci ildə 55 min avro SOROS fondu tərəfindən maliyyə yardımı ayrılmışdır. Ancaq Ə.Kərimli həmin vəsaiti mənimsəyib. Xatırlamaq lazımdır ki, "Azadlıq" qəzetinin köşə yazarı olmuş Mirzə Sakit də bir zaman mətbuatda çıxış edərək, bildirmişdir ki, həbsdə olduğu zaman ona çatdırılması olan 10 min avronu Ə.Kərimli mənimsəmişdir. Bir sözlə, Ə.Kərimlinin maliyyə vəsaitlərini mənimsəməsi partiya daxilində ciddi konfliktlərə səbəb olub. Məhz bu səbəb istər rayon təşkilatları tərəfindən, istərsə də partiyanın rəhbər strukturlarının təmsilçilərində Ə.Kərimliyə qarşı nifrət və qəzəb hissinin yayılmasına gətirib çıxarıb. Söz yox ki, bu cür mənfi münasibət Ə.Kərimliyə yaxşı heç nə vəd etmir. Əgər partiyanın növbəti qurultayı keçirilsə, aşağılar və yuxarılar birləşərək, Ə.Kərimlini tarixin zibilliyinə atacaqlar.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB