Rusiyada 220 qadına təcavüz edən və 12 adamı qətl edən cinayətkar şəbəkənin lideri olduğu üçün nəzarətə götürülərək sorğulanan Sergey Tsapok 2008-ci ildə Rusiya prezidenti Dmitri Medvedevin Kreml sarayındakı andiçmə mərasiminə dəvət edilıb. SİA-nın məlumatına görə, belə bir məlumatla Rusiyanın müxalifyönlü "Novaya Gazeta"sı çıxış edib.
Aralarında 4 uşağın da olduğu 12 adamın qətlində günahlandırılan Sergey Tsapokun 20 ildir ki, cinayətkar şəbəkədə olduğu deyilir. Sosioloq olduğu üzə çıxan S.Tsapokun qatıldığı andiçmə mərasimdə keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov və Rusiyanın ilk prezidenti Boris Yeltsinin həyat yoldaşı Naina Yeltsinaya da iştirak edib. Dünyanın bir çox tanınmış siyasətçiləri, din xadimləri, iş adamları, jurnalistlər və Rusiya Qəhrəmanı nişanına layiq görülənlərin olduğu andiçmə mərasiminə ümumilikdə 2500 qonaq qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB