AXCP və Müsavat Merkelin səfərinə kölgə salmağa cəhd etsə də... ANALİZ-ŞƏRH
Radikal müxalifətin çirkin məqsədləri bir daha bəlli oldu
Almaniyanın kansleri Angela Merkelin Cənubi Qafqaz səfəri çərçivəsində ölkəmizi də ziyarət etməsi və rəsmi görüşlər keçirməsi ətrafında Qərb mediası bir sıra məqamlara toxunub. Belə ki, media Merkelin səfərində əsas məqsədin Avropa üçün Azərbaycanın idarə etdiyi, “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi olduğunu bildirilir. Qeyd edilir ki, Almaniya “Cənub Qaz Dəhlizi”nə regiondaki digər ölkələri də cəlb etməyi arzulayır. Bu baxımdan bildirilir ki, Merkel Bakıda enerji məsələlərini, Azərbaycandan qazı Türkiyə vasitəsilə Avropaya nəql edəcək infrastrukturun təkmilləşdirilməsini müzakirəsinin əsas mövzularından biri kimi təqdim edəcək.
Lakin bu kimi əhəmiyyətli məqamlarda özlərini “müxalifət liderləri” elan edən AXCP və Müsavat rəhbərliyi iqtidarın əldə edəcəyi bu uğura da öz təbirlərincə kölgə salmağa cəhdlər göstərirlər. Məsələ ondadır ki, Avropanın aparıcı dövlətlərindən olan Almaniyanın birinci siyasi adamının Azərbaycana səfərinin bütün dünyada diqqətlə izləniləcəyini bilən radikallar hələ səfər başlamamışdan Azərbaycana təzyiq göstərilməsinə çağırışlar səslənidirib, məktubla müraciətlər edib, hətta Avropada saxta yollarla “siyasi mühacir” adı almış bir qrup müxalif fəal Almaniayda aksiya da keçiriblər.
Əlbəttə, belə uğursuz aksiyalar onlara heç bir səmərə verməyib və bundan sonra da verməyəcək. Sadəcə, bütün bunların arxasında dayanan məsələlərdən biri də həmin avropalı xainlərin Azərbaycanı istəməyən qüvvələrə nökərçilik etmələri faktoru dayanmaqdadır. Daha dəqiq desək, həmin etirazçları bri neçə kateqoriyada birləşdirmək olar:
Kateqoriya №1. Azərbaycanın enerji layihələrinə qarşı çıxanlar
Kimsəyə sirr deyil ki, Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qiymətləndirilən Azərbaycanın reallaşdırdığı son dövrlərdəki layihələri bir sıra anti-Azərbaycan qüvvələrini narahat edir, həmin qüvvələr ölkəmizin əldə etdiyi bu kimi uğurlu proyektləri həzm edə bilmirlər. Bunun üçün isə bənzər uğursuz aksiyalara start verirlər. Daha dəqiq desək, məlum anti-TAP hərəkatında müşahidə edildiyi kimi, bu qrupun arxasında da “Cənub Qaz Dəhlizi” layihəsinin Avropanın qazla təminatında alternativ mənbə olmasını istəməyən konkret dairələr dayanır. O cümlədən, “Şimal Axını - 2” layihəsi ilə bağlı anlaşılmazlıqlar fonunda baş tutan səfərin əsas müzakirə maddəsinin Azərbaycanın və Qərb mediasının anons etdiyi kimi, digər Xəzəryanı ölkələrin karbohidrogen ehtiyatlarının Avropaya daşınması olduğundan həmin dairələr də etiraz qrupunu fəallaşdırırlar.
Kateqoriya № 2. “Mühacir biznesi”nin iri fiqurları
Xatırlaya bilərik ki, hələ iyulun 18-də Almaniyadan sığınacaq almaq istəyən 51 azərbaycanlı bu ölkədən deportasiya edilmişdi. Qeyd edək ki, bu proses “Readmissiya haqqında” sazişin tələblərinə əsasən baş tutub. Lakin ortada ilginc nüanslar da mövcuddur...
Məsələ ondadır ki, deportasiya edilənlər arasında Müsavat partiyasının üzvləri və dindarlar da olub. Əbəs deyil ki, Angela Merkel Tbilisiyə səfəri zamanı keçirdiyi mətbuat konfransındakı verdiyi mesajlarında da bilavasitə miqrant mövzusun həssaslığını göstərib. Buna qədər isə, Azərbaycan mətbuatında işıqlandırılmış çoxsaylı və dəqiq araşdırmalar isə “mühacir biznesi”ndə məhz bu təbəqələrin fəal olduğunu fakt olaraq ortaya çıxarıb. Məhz bu baxımdan, necə deyərlər, “quyruqları qapı arasında qalan” məlum müxalifətçi dairələr də, “biznes maraqlarını” müdafiə etmək naminə etiraz etməyə məcbur qalıblar. Əlbəttə ki, belə “etirazların” heç biri Almaniya hökuməti tərəfindən ciddiyə alınmayıb və bundan sonra da alınmayacaq.
Kateqoriya № 3. Azərbaycan əleyhinə apardıqları kampaniyalara, işlətdikləri mediaproyektlərə ayrılan qrant vəsaitləri zəifləyən və ya tam dayanmış şəxlər .
Növbəti kateqoriyanı isə Azərbaycan əleyhinə apardıqları kampaniyalara, işlətdikləri mediaproyektlərə ayrılan qrant vəsaitləri zəifləyən və ya tam dayanmış şəxlərə aid edə bilərik. Onlar bağlı olduqları ölkələri müdafiə naminə Azərbaycan qarşı çıxanlardırlar. Bu baxımdan, Almaniyada keçirilən aksiyada siyasi şiələyin qızğın tərəfdarı kimi çıxış edənlərin yer alması da təsadüfi sayıla bilməz. Görünən isə budur ki, həmin şəxslər bağlı olduqları ölkəni gözləyən sanksiyalardan diqqəti yayındırmaq üçün hərəkətə keçmək tapşırığı alıblar. Lakin bu tapşırığın da öhdəsindən gələ bilməyən qaragüruhçular sonda uğursuz nəticəyə doğru yuvarlanıblar.
Kateqoriya № 4. Erməni lobbisi və ona bağlı olan qruplar
Sonuncu kateqoriya isə Azərbaycanın ərazi bütövlyü müzakirələirini arxa plana keçməsində maraqlı olan erməni lobbisi və ona bağlı məlum qruplardır ki, onlar əllərinə düşən hər bir imkandan maksimum qaydada yararlanaraq, Azərbaycanın əleyhinə kampaniyalar keçirirlər. Təsadüfi deyil ki, xanım Merkelin Azərbaycana səfər ərəfəsinndə bu düşmən qruplar - erməni lobbisinin maddi dəstəyinə bağlı olan media və siyasiləşçmiş QHT-lər şəbəkəsi Azərbaycanda “insan hüquqlarının vəziyyətini” xüsusi canfəşanlıqla müzakirə edir, diqqti bu istiqamətə doğru yönəltməyə cəhdlər göstərirlər. Təbii ki, bu istiqamətdə də göstərilən cəhdlərin nəticəsiz qalacağını bəri başdan proqnozlaşdırmaq mümkündür.
Uğur trayektoriyası - geçəklikdən doğan məntiqi nəticə
Beləliklə, yuxarıda göstərilən kateqoriyalara bölünmüş anti-Azərbaycan şəbəkələr dövlətimizin apardığı uğurlu xarici diplomatiyası qarşısında aciz vəziyyətə düşdüklərinin fərqinə varmağa məhkumdurlar. Daha dəqiqi, gerçəklikdən doğan məntiqi nəticə də belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır. Artıq onlar nə qədər cəhdlər göstərsələr də
Almaniya kansleri Angela Merkelin baş tutacaq Bakı səfəri Azərbaycan-Qərb münasibətlərinə yeni bir təkan, töhfə vermiş olacaq. Çünki rəsmi stasitsika rəqəmləri də bu cür düşünməyə zəmin yaradır. Diqqət yetirək:
Təkcə 2017-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarətində Azərbaycanın payı, təxminən, 66% olub. İki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dollara yaxındır və bu rəqəmlərin sürətlə artacağını istisna etmək olmaz. O cümlədən,Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və Avropa İttifaqı ilə qarşılqlı hörmət, bərabər tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində qəti siyasi iradə nümayiş etdirir. Avropanın aparıcı dövlətlərindən olan Almaniya ilə dostluq və çoxtərəfli əməkdaşlıq reallığı da bu faktoru əhatə etməkdədir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB