Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-ya MSK-nın mətbuat xidmətindən verilən məlumata görə, Komissiya sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə 94 saylı Bərdə kənd seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib.

 

İclasda Milli Məclisə keçirilmiş seçkilərlə bağlı MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən birinin qanunla müəyyən edilmiş şikayətvermə müddəti ötürüldüyündən ərizəçinin özünə geri qaytarılması, birinin isə əsassız olduğundan təmin edilməməsi barədə qərarlar qəbul olunub.

 

Komissiyanın iclasında cari məsələlərə də baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə