Nar Mobile yeni “Nar Dünyası” mərkəzlər şəbəkəsini təqdim edib

Nar Mobile yeni “Nar Dünyası” mərkəzlər şəbəkəsini təqdim edib

Bu gün Nar Mobile tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" mərkəzlər şəbəkəsini abunəçilərə təqdim edildi. "Nar Dünyası" mərkəzlər şəbəkəsi Bakı şəhərinin Fəvvarələr meydanında yerləşir.

SİA-nın xəbərinə görə, açılış mərasimi zamanı çıxış edən Azerfon şirkətinin baş direktoru Yurgen Pitz bildirdi ki, Bakıda açılan yeni "Nar Dünyası" mərkəzlər şəbəkəsinin əsas konsepsiyası bir məkanda bir neçə xidməti təqdim edərək yüksək keyfiyyətli xidmət göstərməkdir. Belə ki, mərkəzə gələn abonent eyni zamanda həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni Nar 3G+ modemlər, telefon və ya nömrə ala biləcəkdir. "Nar Dünyası" mərkəzlər şəbəkəsi abonentlərini sevindirərək, hər zaman onlara yüksək keyfiyyətli xidmət göstərmək niyyətindədir.

Açılış mərasimi zamanı, "Nar Dünyası" mərkəzlər şəbəkəsində olan qonaqlar geniş sahə, hər sahə üzrə tətbiq olunan yüksək xidmət, yeni Nar 3G+ modemlər, müasir mobil telefon avadanlıqları və aksessuarları ilə tanış oldular.

Qeyd edək ki, oktyabr ayından etibarən Nar Mobile abunəçiləri 3G texnologiyalara əsaslanan Nar 3G+ Modem vasitəsi ilə yüksək sürətli İnternetdən yararlanmaq, Mobil TV xidməti ilə telefonda televiziya verilişlərini canlı şəkildə izləmək və Video Zəng ilə görüntülü zənglər etmək imkanlarını əldə etdilər.

Nar Mobile tərəfindən təqdim edilən yeni "Nar Dünyası" mərkəzlər şəbəkəsi tək Bakıda deyil, həmçinin yaxın zamanda bölgələrdə açılışları həyata keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə