"Sәnәdlәr Türkiyәnin xarici siyasәtinә tәsir etmәyәcәk"

"Sәnәdlәr Türkiyәnin xarici siyasәtinә tәsir etmәyәcәk"

ABŞ-da rәsmi sәfәrdә olan Türkiyәnin xarici işlәr naziri Әhmәd Davudoğlu Corctaun universietindә çıxış edib.

SİA-nın xəbərinə görə, Türkiyәnın xarici siyasәt idarәsinin rәhbәri Ankara-Vaşınqton strateji әlaqәlәrinin Avropa vә Asiya bölgәlәrinә daha çox sülh vә firavanlıq gәtirәcәyini bәyan edib.

Xarici işlәr naziri Türkiyәnin bir çox bölgәlәrdә o cümlәdәn Yaxın Şәrq, Balkan vә Qafqazda sülhün vә әminamanlığın bәrpası üçün sәy göstәrdiyini bildirib.

Әhmәd Davudoğlu Türkiyәnın tәkcә Müsәlman ölkәlәri ilә deyil Rusiya vә Yunanıstanla da yaxşı әlaqәri olduğunu bir daha xatırladıb.

Wikieks İnternet saytında ABŞ-dan sonra Türkiyәyә daha çox yer ayrıldığını da vurğulayan Әhmәd Davudoğlu bunu ölkәsinin dünyadaki nüfuzu ilә әlaqәlәndirib.

İsrailin Qәzzadakı addımlarının Ankara tәrәfindәn tәnqid edilәcәyini bildirәn Әhmәd Davudoğlu Mavi Mәrmәrә gәmisinә hücumu bir daha xatırladıb. Әhmәd Davudoğlu Türkiyәnin İsraillә deyil İsrail hakimiyyәti ilә problemlәri olduğunu qeyd edib.

Davudoğlu Wikieks-də dәrc olunan sәnәdlәrin Türkiyәnin xarici siyasәtinә tәsir etmәyәcәyini dә vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə