İrihəcmli üçdilli Azərbaycanca-İngiliscə-Rusca frazeoloji lüğəti ictimaiyyətə təqdim olunub - TƏDBİR
Bu gün Nigar Vəliyevanın irihəcmli üçdilli Azərbaycanca-İngiliscə-Rusca frazeoloji lüğətin təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən nəşrin müəllifi professor, filologiya elmləri doktoru N.Vəliyeva kitab haqqında ətraflı məlumat verib. O bildirib ki, 2 cilddə olan frazeoloji lüğətə təxminən 90 mindən artıq söz və ifadə daxil edilib. Müəllifin sözlərinə görə, lüğət ali məktəb tələbələri, müəllimlər, aspirantlar, dissertantlar, tərcüməçilər, jurnalistlər, diplomatlar, informasiya işçiləri və digər iş adamları, ümumiyyətlə, ingilis dilini mükəmməl öyrənmək istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulub: "Üçdilli frazeoloji lüğətin əhəmiyyəti çox böyükdür. Onun çapı bu sahədə aparılacaq araşdırmaların daha da genişlənməsi üçün təkan olacaq. Lüğətin elmi redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Ağamusa Axundovdur. Müxtəlif sistemli dillərin materialları əsasında yaradılan bu lüğətin dilçiliyin frazeologiya sahəsinə maraq dairəsinin formalaşmasında rolu böyükdür. Bu lüğət bədii dilin normallaşdırılması, eləcə də nitq mədəniyyəti məsələləri ilə əlaqədar tədqiqatlarda da böyük əhəmiyyət kəsb edir".
Tədbirin davamında çıxış edən təhsil nazirinin müavini İradə Hüseynova hazırki dövrdə belə bir lüğətin yazılmasını yüksək qiymətləndirib. O əlavə edib ki, bu lüğət tələbələr, müəllimlər, bütünlükdə təhsil ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb edir: "Bu gün Azərbaycan dünya ölkələri ilə iqtisadi, siyasi, elmi-mədəni əlaqələrini genişləndirir. Hər bir sahədə, xüsusən ordu quruculuğunun inkişafında xarici dillərə, xüsusən də ingilis dilinə böyük ehtiyac duyulur. Frazeoloji birləşmələr xalqın həyat və məişəti, adət və ənənələri, əxlaqi görüşləri ilə bağlı yaranır. Frazeoloji vahidlər dilin yaradıcısı və daşıyıcısı olan xalq tərəfindən yaradılır. İnsan nitqini frazeoloji birləşmələr, atalar sözləri və zərb məsələlərsiz təsəvvür etmək çətindir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, yeni hazırlanan frazeoloji lüğətin əhəmiyyəti çox böyükdür".
Daha sonra çıxış edən edən millət vəkili Nizami Cəfərov qeyd edib ki, son illərdə müxtəlif sistemli dillərin frazeoloji leksikasının araşdırılmasına diqqət artıb, lakin irihəcmli frazeoloji lüğət tərtib olunmayıb: "İlk dəfə olaraq Azərbaycan, rus və ingilis dillərində frazeoloji vahidlər toplanıb, təsvir edilib və leksikləşmiş vahidlər sisteminə salınıb. Hazırda iki xarici dil öyrənən tələbələr üçün həmin lüğətin xüsusi praktik əhəmiyyəti var".
Tədbirin davamında çıxış edən qonaqlar müəllifə öz təbriklərini çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə