Avropanın ən böyük limanı olan Rotterdam limanı Rusiya ilə mümkün hərbi münaqişəyə hazırlaşmağa başlayıb.
Liman rəhbərliyi NATO hərbi yük gəmilərini yerləşdirmək üçün yanalma yerləri ayırıb və böhran vəziyyətində kommersiya nəqliyyatının marşrutunu dəyişdirmək planlarını hazırlayır.
SİA-nın məlumatına görə, bu barədə Financial Times yazır.
Limanın baş direktoru qonşu Antverpen limanı ilə aktiv koordinasiyanın aparıldığını bildirib.
Lazım gələrsə, onlar Böyük Britaniya, ABŞ və Kanadadan hərbi texnikanın tədarükü də daxil olmaqla, yüklərin həcmini yenidən bölüşdürməyə hazırdırlar.
...Biz rəqabət aparmaqdansa, getdikcə daha çox əməkdaşlıq edirik. Liman böyük həcmdə hərbi yükləri qəbul etməyə hazır olmalıdır, - o qeyd edib.
Bu tədbirlər mümkün müharibə üçün ümumavropa hazırlıqlarının bir hissəsinə çevrilir.
Aİ xarici təchizatçılardan asılılığı azaltmaq və Rusiyanın təcavüzünün qarşısını almaq üçün yenidən silahlanmaya 800 milyard avroya qədər sərmayə qoymağı planlaşdırır. Hollandiya müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırdığını açıqlayıb.
May ayında Hollandiya Müdafiə Nazirliyi Rotterdam Limanına NATO-nun hərbi əməliyyatları üçün daimi yer və avadanlıq ehtiyatı saxlamağı tapşırmışdı.
Terminal ildə beşə qədər hərbi yük daşımağa imkan verəcək. Məşqlər də planlaşdırılır.
Bu, Soyuq Müharibədən sonra ilk dəfədir ki, liman daimi hərbi infrastruktur əldə edəcək.
Rotterdam və Antverpen limanları da Aİ-nin strateji dayanıqlılığı məsələlərində əməkdaşlıq edir. Təlimatlar 90 günlük məcburi neft ehtiyatına bənzər mis, litium, qrafit və dərmanlar kimi kritik ehtiyatların yığılmasını tələb edir. Avropa İttifaqı tezliklə əsas material və dərman ehtiyatlarının yaradılması strategiyasını təqdim edəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə