“Jara” mahnı festivalı bir çoxlarının maskalarının növbəti dəfə cırılmasına səbəb oldu
Bir sıra siyasi dəllalların “Jara” beynəlxalq mahnı festivalı ətrafında səs-küy yaratmaq cəhdləri ilk növbədə, Azərbaycanı istəməyən bəlli qüvvələrin sifarişi kimi qiymətləndirilməlidir. Daha dəqiq desək, sosial şəbəkələrdə bu istiqamətdə canfəşanlıq göstərənlərin - AXCP sədri Əli Kərimlinin, “Milli Şura” sədri Cəmil Həsənlinin daim ermənilərin, eləcə də radikal dindarların siyasi maraqlarına xidmət göstərən Nur-az.com səhifəsi ilə eyni mövqedən çıxış etmələri artıq bu məsələni açıq-aşkar üzə çıxarmış olur. O cümlədən, Avropada özlərini “siyasi dissident” elan edib, bu ad altında dövlətimiz əleyhinə çıxış edənlərin guya “milli təəssübkeşlik” istiqamətində siyasi oyunbazlıqlar sərgiləmələri belə qənaətə gəlməyə zəmin yaradır ki, əsas hədəf heç də anası erməni, atası isə yezidi kürdü olan müğənni Zara Mqoyan deyil, əsas hədəf Azərbaycan dövlətidir.
Ətəklər başlara çəkilib və hər kəs olub “milli təəssübkeş”
Lakin ortaya çıxan digər bir məqam budur ki, daim ermənilərlə iş birliyində olan və radikal dindarları təmsil edən Nur-az.com nəyə görə birdən-birə anti-erməni xarakterli çıxışlar etməyə başladı? Məlumdur ki, İranın xüsusi xidmət orqanlarının dəstəyi ilə sosial şəbəkədə fəaliyyət göstərən adıçəkilən səhifə heç vaxt erməniləri pisləyən çıxışlar etməyib. Misal üçün, işğal altında olan Dağlıq Qarabağ ərazilərimizdə fəaliyyət göstərən İran şirkətlərini tənqid etməyib, həmin ərazilərə maşın-maşın tikinti materiallarının daşınmasını və s. biznes məsələlərini pisləyən fikirləri bölüşməyib. Ancaq Zara Mqoyanın “Jara” beynəlxalq mahnı festivalındakı iştirakı bəlli olar-olmaz necə deyərlər, ətəklər başlara çəkilib və hər kəs olub “milli təəssübkeş” (?!-R.R.) Halbuki, Zara Mqoyan hələ Azərbaycana gəlməmiş bəyan etmişdi ki, o bu ölkəni sevir və mədəniyyətinə, tolerantlığına, multikultural dəyərlərinə dərin rəğbət bəsləyir. Bu da son deyil...
Zara Ermənistanın işğalçılıq siyasətini pisləyib və Xocalı soyqırımını fərd olaraq, tanıyıb
Əsas məsələ həm də ondadır ki, Ermənistan doğumlusu olmasına baxmayaraq, Rusiya vətəndaşı olan müğənni Zara Dağlıq Qarabağ problemi barədə danışarkən, Ermənistanın işğalçılıq siyasəti apardığını bu və ya digər şəkildə pisləyib, üstəlik, Xocalıda baş vermiş qanlı cinayət hadisəsini soyqırımı kimi qiymətləndirdiyini deyib. Hələ bu da son deyil! Zara Mqoyan “Jara”da Azərbaycan dilində mahnı səsləndirəcəyini də vurğulayıb. İndi belə bir sual yaranır: əgər Əli Kərimli, Cəmil Həsənli, “Azadlıq” qəzetinin sosial şəbəkədəki səhifəsi, AXCP-nin və bu partiyanın gənclər komitəsinin səhifələri, Turan TV, Nur-az.com, Azad söz və s. səhifələr niyə bu məsələni deyil də, məhz Zara Mqoyanın erməni olması ətrafında özlərini ülgücləyirlər?! Onlar sevinmirlərmi ki, bir Ermənistan doğumlu yezdi kürdü möhtəşəm beynəlxalq mədəniyyət tədbirində - “Jara” festivalında Azərbaycan dövlətinin, Azərbaycan xaqlının istər birbaşa, istərsə də dolayısı yollarla dövlətçilik maraqlarından çıxış edəcək, bununla da bütün dünya görəcək ki, erməni əsilli mədəniyyət xadimi, doğulduğu Ermənistanı deyil, Azərbaycanı daha çox sevir və rəğbət bəsləyir?
Bir daha sübut olundu ki, erməni lobbisinə işləyənlər heç vaxt dövlətimizin maraqlarına xidmət etməzlər
Əslində, “Jara”ya qarşı çıxanlar bütün bunları bilirlər, özü də çox yaxşı bilirlər, sadəcə, erməni əsilli yezidi kürdünün Azərbaycanın maraqlarından çıxış etməsi, onların ağalarının – erməni lobbisinə tərs sillə kimi dəyib və bu sillənin təsirini azaltmaq üçün, dönüb olublar “milli təəssübkeş”. Bu, həqiqətən də çox təəssüfedici və hiddətləndirici haldır ki, bir düşmən, təcavüzkar, işğalçı dövlətdə doğulub boya-başa çatan Ermənistan əsilli müğənninin Azərbaycan dövlətinin maraqlarını dəstəkləməsinə qarşı bu qədər aqressiv olasan. Hətta ermənilər belə aqressiya ilə çıxış etmirlər, nəinki yuxarıda adları çəkilən “milli təəssübkşlərimiz”!
Beləliklə, bu məsələdə əsas mahiyyət məlumdur. Bununla isə bir daha sübut olundu ki, erməni lobbisinə işləyənlər heç vaxt dövlətimizin maraqlarına xidmət etməzlər. Ən əsası isə, “erməni” deyib söyüş və təhqirlər ünvanladıqları Zara Mqoyan onlardan qeyrətli çıxdı!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB