Hillari Klinton “Wikileaks”də yayımlanan sənədlərlə bağlı Türkiyədən və baş nazir Rəcəb Tayyib Ərdoğandan üzr istəyib
"Wikileaks"in internetdə yaydığı son gizli məlumatlar bir anda dünya siyasətində tanınan simalar tərəfindən müzakirə obyektinə çevrilib. SİA-nın xəbərinə görə, ilk reaksiya okeanın o biri tayında ev qurub yaşayış məskənini Avrasiya materikində seçən Amerikadan gəldi. Belə ki, ABŞ dövlət katibi Hillari Klinton "Wikileaks"də yayımlanan sənədlərlə bağlı Türkiyədən, hökumətdən və baş nazir Rəcəb Tayyib Ərdoğandan üzr istəyib. Bunu Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Amerikalı həmkarı ilə görüşünün nəticələrindən danışarkən bildirib. Türkiyəli diplomat Klintonla etdiyi söhbəti KİV nümayəndələrinə danışıb: ""Wikileaks" məsələsinə təbii ki, göz yuma bilməzdik və ilk öncə bu mövzu müzakirə olundu. Sadəcə Türkiyə deyil, bir çox ölkə ilə bağlı minlərlə sənəddən söhbət gedir. Biz bu u sənədlərin həqiqiliyinin müzakirə etməyə vaxtımız yoxdu. Bu bizim müzakirə edəcəyimiz bir mövzu deyil, ABŞ-ın özü ilə bağlı bir məqamdır, onlar da bunu rədd etmirlər. Klinton bununla bağlı Türkiyədən, hökumətdən və baş nazir Rəcəb Tayyib Ərdoğandan üzr istədi. O qeyd etdi ki, internetdə dərc olunmuş sənədlər siyasi liderlərin mövqelərini əks etdirmirlər", - deyə Davudoğlu vurğulayıb.
Türkiyə ilə münasibətləri yumaşltmağı bacaran ABŞ Rusiyayada cavab vermək iqtidarında olsada bu şərəfi məhz Rusiyanın özünə verdi. "Wikileaks" saytında dərc olunan məlumatların ABŞ-Rusiya münasibətlərinə təsir göstərib-göstərməyəcəyinə dair yayılan xəbərlərə nöqtə qoymaq istəyən Rusiyanın xarici işlər naziri Sergey Lavrov lakonik ifadələrədən istifadə edib: "O, saytdakı məlumatları "məzəli yazılar"dır. Rusiya öz fəaliyyətində informasiya sızmalarına deyil, tərəfdaşlarının konkret işlərinə əsaslanacaq".
"Wikileaks" saytının yaydığı məxfi sənədlərə münasibətini açıqlayan İran prezidenti Mahmud Əhmədinejad isə bildirib ki, "Wikileaks"in məlumatları ABŞ hökumətinin diqtəsi ilə hazırlanıb və xüsusi məqsədlərə xidmət edir: "Bizim bölgə ölkələrinə münasibətimiz olduğu kimi qalacaq. Bunlar yalan və əsassızdır".
Eyni zamanda Cənubi Amerika ölkəsi olan Ekvador respublikasının xarici işlər nazirliyi isə İsveç məhkəməsi tərəfindən beynəlxalq axtarışa elan olunmuş Wikileaks saytının qurucusu Culian Assanja sığınacaq verməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, Avstraliyalı Assanj zorlamada günahlandırılır. İsveç prokurorluğu WikiLeaks saytının yaradıcısı Culian Assanjın beynəlxalq axtarışa elan olunması ilə bağlı İnterpola müraciət göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB