QHT sədri: “Bu hadisələr xalq-hakimiyyət birliyinin sarsılamaz olduğunu sübut etdi” EKSKLÜZİV
“Gəncə şəhər icra hakiyyətinin başcısına qarşı törədilən terror aktının ardınca, asayişi qoruyan iki polis zabitinin qətlə yetirilməsi, dərhal sonra da informasiya terroruna keçərək bəzi KİV-lərdə və sosial şəbəkərdə müəyyən qruplaşmalar yaradaraq Azərbaycanda məzhəb ayrı-seçkiliyi salmaq, dini zəmində münaqişə yaratmaq istiqamətində bir sıra addımların atılaması xarici dairələrin hazırlayıb, Azərbaycandakı əlaltıları vasitəsi ilə həyata keçirdikləri məkrli planın tərkib hissəi idi”. Bunu SİA-ya açıqlamasında Hüquqi və Demokratik İslahatalar Mərkıəzinin sədri İlham Əliyev Gəncə şəhərində baş verən hadisələrə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, törədilən qanlı olaylar Azərbaycan dövlətçiliyinə qarşı qəsdir və bu qəsd həm də, Azərbaycanın hüquqi, demokratik, dünyavi dövlət modelinə zərbə vurmağa hesablanan addım idi: “Azərbaycan sivil, demokratik dövlətdir. Bu model əksər dövlətlər üçün nümunəyə çevrilib. İqtisadi, siyasi uğurlarımız mövcuddur. “Azadlıq” meydanında keçirilən möhtəşəm parad, Cosuq Mərcanlının ardınca, 11 min hektar ərazinin, o cümlədən Günnüt kəndinin ermən hərbi birləşmələrindən azad edilməsi yerli və xarici qüvvələri ciddi narahat edib. Bu səbdəndə radikal dini cəryanlar terror vasitəsindən istifadə etməklə böyük, qürurverici uğurlarımıza kölgə salmağa ümid bəsləmişlər”.
QHT sədri onu da bildirib ki, radikal-dini cəyanların üzərinə qoyulan vəzifə Gəncədə iğtişaş törətmək və bunlada ölkəmizdə, içtimai-siyasi sabitliyi pozmaq, insanlar arasında qorxu yaratmaq olub: “Ancaq onlar öz bəd niyyətlərinə nail ola bilmədilər. Artıq Gəncə şəhərində insanlarla - hüquq mühafizə orqanlarının birgə yardımı ilə sabitlik qorunub saxlanılıb və cinayətkarlar həbs edilib. Bu hadisələr xalq -hakimiyyət birliyini bir-birinə daha da yaxınlaşdırdı, həm də, xalq-hakimiyyət birliyinin dönməz və sarsılamaz olduğunu nümayiş etdirdi. Xalq Azərbaycan Prezidenti Cənab İlham Əliyevin yanında olduğunu, Onun ətrafında sıx birləşdiyini əməli fəaliyyəti ilə göstərdi. Radikal dinin cərayanlar və onların havadarları anlamalıdır ki, Azərbaycana qarşı öz mənfur istəklərinə çata bilməyəcəklər. Müstəqilliyinin 100 illiyini bu günlər təntəli şəkildə qeyd edən Azərbaycan dövləti güclü və qüdrəlidir, Onun dünyada tanınan və qəbul edilən Cənab İlham Əliyev kimi Prezidenti var”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB