Anar Xəlilov: “Azərbaycan dövlətçiliyinə xəyanət etmiş insanlardan istifadə edirlər” AÇIQLAMA

Anar Xəlilov: “Azərbaycan dövlətçiliyinə xəyanət etmiş insanlardan istifadə edirlər” AÇIQLAMA

“Gəncədə baş vermiş cinayət hadisəsindən sonra bir çox anti-Azərbaycan qüvvələr öz çirkin məqsədləri naminə bu olaydan istifadə etməyə başlayıb”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib. Onun sözlərinə görə, xüsusilə sosial şəbəkələrdə aktivlik edən bu qüvvələr əhalini çaşdırmağa və stabilliyi pozmağa cəhdlər edirlər: “Burada düşmən ölkə Ermənistanın və bəzi ölkələrin xüsusi xidmət orqanlarının fəaliyyəti özünü göstərir. Onlar vaxtilə Azərbaycan dövlətçiliyinə xəyanət etmiş insanlardan istifadə edirlər. Fakt olaraq yediyi çörəyə vətəninə xəyanət edərək Ermənistana sığınıb açıq anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan şəxslərin çağırışlarını göstərmək olar. Təbii ki, Azərbaycan vətəndaşı bunu görür və bu təxribatlara uymur. Həmçinin bəzi ölkələrin himayəsində olan radikal dini cərəyanların da fəaliyyəti burada qabarıq müşahidə olunur. Hiss olunur ki, bu qüvvələrdən istifadə etməklə sadə dindar əhalini çaşdıraraq öz niyyətlərini həyata keçirməyə çalışırlar. Lakin Azərbaycan dindarları bu çirkin planın həyata keçməsində vasitə olmayacaqlar. Azərbaycan xalqı dinindən dilindən asılı olmayaraq öz prezidentinin yanındadır ona və apardığı siyasətə inanır. Xalq bu gün başa düşür ki, Azərbaycanın və onun dünyadakı mövqeyi gücləndikcə bizim düşmənlərimiz də artır. Məhz bunun nəticəsidir ki iyulun 10 da Gəncədə pozuculuq aksiyalarına çağırışa çox az sayda elə həmin qüvvələrin təsirində olan radikal dini təriqətlərin üzvləri, kriminal aləmin nümayəndələri və təxribatçılar çıxdı. Lakin çox təəssüflər olsun ki bu kiçik qrupun asayişi pozmaq cəhdinin qarşısı alınarkən iki yüksək rütbəli polis əməkdaşımız xaincəsinə vuruldu və onlar öz xidməti vəzifə borclarını yerinə yetirərkən həlak oldular. Mən qətiyyətlə bu hərəkəti pisləyirəm cinayətkarların tezliklə tutularaq cəzalandırılacağına inanıram. Xalqıma müraciət edərək bəyan edirəm ki, heç bir təxribata uymasınlar müstəqilliyimizin qısa yolunda bu cür sınaqlardan xalqımız həmişə şərəflə çıxmışdır. Ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyət dönüşü ilə xalqımız öz lideri ilə birgə Azərbaycan dövlətçiliyini qorudu onun düşmənlərini yerində oturtmağı bacardı. Azərbaycan məhz bundan sonra aparılan siyasətlə güclü dövlətə çevrilməyə başladı. Bu gün də Hörmətli prezidentimiz İlham Əliyevin apardığı siyasət dövlətimizi gücləndirmiş Beynəlxalq miqyasda Azərbaycanı tanıtmışdır. Məhz Azərbaycanın güclənməyini istəməyən bəzi qüvvələr yenidən pozuculuq, xaos yaratmağa cəhd edirlər. Məqsəd birdir Azərbaycanı zəiflətmək dövlətçiliyimizi məhv etmək. Bir xalq olaraq buna qarşı qətiyyətli olmalı prezidentimizin ətrafında sıx birləşməli düşmənlərimizin xain planlarına qarşı hər birimiz sərt mövqedə olmalıyıq. Azərbaycan dövləti və ordusu bu Gün Qarabağımız azad etməyə tam hazırdır bunu başa düşən düşmən qüvvələr məhz indi aktivləşmişlər. Ermənistan hakimiyyət böhranı yaşayır düşmənə böhrandan çıxmaq üçün vaxt lazımdır. Azərbaycan ordusu start vəziyyətindədir. Erməni havadarları da bunu görür. Azərbaycanın daxildən başını qatmağa çalışırlar. Daxili pozğunluq yaratmaqla bizi hədəfdən yayındırmağa cəhd edirlər. Lakin onların bu alçaq planları boşa çıxacaqdır. Azərbaycanda daxili stabillik möhkəmdir onu qoruyan güclü qüvvələrimiz və qətiyyətimiz var. Yolumuz güclü Azərbaycan və azad olunacaq Qarabağ yoludur. Bu yoldan bizi heç kim döndərə bilməz. Həlak olan polislərimizə Allahdan rəhmət diləyirəm. Tanrı bu gün Azərbaycanda stabilliyimizi qoruyan polis əməkdaşlarımızı və səngərdəki əsgərlərimizi qorusun”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə