Heç bir qüvvə Azərbaycan dövlətini sarsılda bilməz ŞƏRH

Heç bir qüvvə Azərbaycan dövlətini sarsılda bilməz ŞƏRH

Söz yox ki, qanunlarımız Vətən xainlərini dərhal ifşa edib, ən sərt cəzalara layiq görəcək

İnformasiya mənbələrindən də bəlli olduğu kimi, 2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq, qanuni asayişi kobud şəkildə pozmağa cəhd göstərməklə radikal-dini çağırışlar etməklə, ictimaiyyəti itaətsizliyə dəvət edərək, şəhər sakinlərini dövlət qanunlarını pozmağa yönəlik hərəkətlərə cəlb etməyə səy göstəriblər. SİA xəbər verir ki, artıq bu barədə Respublika Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi Və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında da vurğulanmaqdadır.

Xatırladaq ki, sözügedən məlumatda bildirilir ki, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. "Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilmiş, qalanları qaçaraq ərazini tərk etmişlər"-deyə szügedən məlumatda bildirilir.

İki igid polisimiz Vətən uğrunda şəhid oldu!

Beləliklə, operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilsə də, hadisələrin qanlı nəticələri bir daha qanlı terror əməlinin aşkar üzünü ortaya qoyub. İki Azərbaycan polis zabiti dövlətimizin mənafeyini qoruyarkən, canlarını bu Vətənə qurban veriblər. Rəsmi məlumatda qeyd edilir: "Təəssüflə qeyd edirik ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olmuşlar. Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3, 228.4 və 315.2-ci maddələri ilə cinayət işi başlanılıb.Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir".

Daha bir xatırlatmanı etmək yerinə düşərdi ki, bu hadisələrin bilavasitə "Müsəlman Birliyi Hərəkatı" deyilən radikal dini qruplaşmanın Nardaranda törətdiyi vəhşiliyi ilə eyniləşdirmək mümkündür. Məhz həmin hadsələr zamanında da dövlətimizin və xalqımızın təhlükəsizliyi uğrunda polis əməkdaşlarımız şəhid olaraq, canlarını Vətən uğrunda fəda etmişdilər. Allah dövlətçilik uğrunda canlarını və qanlarını heç nəyə baxmadan fəda edən şəhidlərimizə rəhmət eləsin!

Digər bir mühüm məqamı diqqətə çatdırmalıyıq ki, Gəncədə sabitliyi pozmaq, iğtişaş törətmək istəyən cinayətkar və anti-dövlətçi dəstənin ifşa olunması, müstəqil və hüquqi, eləcə də demokratik quruluşlu dövətçilik ənənələrimizin müdafiəsi uğrunda şəhid olan polis zabitlərimizin həyatlarnı qurban vermələri pozucu qüvvələrin acizliyinin, qorxaqlıqlarının və namərdlik xüsusiyyətlərinə malik olmalarının bariz göstəricisidir. Söz yox ki, qanunlarımız Vətən xainlərini dərhal ifşa edib, ən sərt cəzalara layiq görəcək. Belə ki, Azərbaycan dövləti etibarlı əllərdədrir – ölkə Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, heç bir xarici və daxili düşmənlər müstəqil Azərbaycan dövlətinin xalq-iqtidar birliyinin təməlli monolitliyinə zərər vurmaq iqtidarında deyildir. Çox yəqin ki, bu gecə Gəncədə baş verən hadisələrdə Azərbaycan dövlətinin və xalqının vəhdəti, sarsılmaz bilriyi həmin mənfur qüvvələrə yetərincə və amansız dərs vermiş oldu. Azərbaycan xalqı, Azərbaycan dövlətinin və dövlətçiliyinin yanında olduğunu bir daha təsdiq etdi!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə