Azərbaycan və Almaniya arasında poçt sahəsində əlaqələr yüksək səviyyədədir

Azərbaycan və Almaniya arasında poçt sahəsində əlaqələr yüksək səviyyədədir

Panafrika Poçt İttifaqının baş katibi xanım Roda Masavirunun başçılıq etdiyi nümayəndə heyəti, eləcə də Qırğızıstan Dövlət Poçtunun baş direktoru Yusuf Turqunbayev "Azərpoçt" MMC-in baş direktoru Qəmbər Bəybalayevlə görüşüblər.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən SİA-ya verilən məlumata görə, Q.Bəybalayev qonaqlara Azərbaycan poçtu haqqında geniş məlumat vermiş, respublikanın Dünya Bankı ilə həyata keçirdiyi "Maliyyə xidmətlərinin inkişafı" layihəsi barədə danışıb. Görüşlərdə "Azərpoçt"da tətbiq edilən maliyyə xidmətlərinə dair təqdimat keçirilib. Xarici nümayəndə heyətləri poçt şöbələrinə də baş çəkərək buradakı xidmətlərlə tanış olublar.

Bundan əlavə MMC-də Azərbaycan və Almaniya poçt administrasiyalarının mütəxəssisləri arasında işgüzar görüş keçirilib. Burada beynəlxalq poçtun inkişafı ilə bağlı fikir mübadiləsi aparılmış, maraqlı təklif və tövsiyələr irəli sürülüb. Tərəflər poçt sahəsində iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu və Azərbaycana daxil olan beynəlxalq bağlamaların 30 faizinin məhz Almaniya poçtu vasitəsilə həyata keçirildiyini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə