ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin vitse-meri Lənkəranda olub
ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin vitse-meri Nensi Selfric ölkəmizə səfəri çərçivəsində noyabrın 25-də Lənkəran rayonuna baş çəkib.
Lənkəran Şəhər İcra Hakimiyyətində Nensi Selfriclə görüşən İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov Lənkəran rayonunun coğrafi mövqeyi, tarixi, əhalisi, iqtisadiyyatı, əhalinin məşğulluğu, tarix və mədəniyyət abidələri, sosial infrastrukturu barədə ətraflı məlumat verib.
Vitse-mer Nensi Selfiric öz növbəsində Lənkəranda xoş qarşılandığından xeyli şad olduğunu deyib. Səmimi qəbula görə minnətdarlığını bildirən Nensi Selfric Azərbaycanla tanışlıqdan məmnun olduğunu, Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu bildirib.
Sonra tərəflər arasında maraq doğuran bir sıra məsələlər barəsində fikir mübadiləsi aparılıb. Lənkəran rayonuna səfəri zamanı amerikalı qonaq ümummilli lider Heydər Əliyevin adını daşıyan park və muzeydə, tarix-diyarşünaslıq muzeyində, Həzi Aslanov Parkında, "Dairəvi Qala"da, Olimpiya İdman Kompleksində, "Cənub Televiziyası"nda olub.
Sonra Nensi Selfric azərbaycanlıların soyqırımı abidəsini ziyarət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB