Prezident İlham Əliyev dövlət büdcəsi haqqında qanunu təsdiq edib

Prezident İlham Əliyev dövlət büdcəsi haqqında qanunu təsdiq edib
Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında qanunu təsdiq edib. SİA-nın xəbərinə görə, qanuna əsasən, Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin gəlirləri 12061 000 min manat, xərcləri 12748 000 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 11 613 958,2 min manat, yerli gəlirləri 447 041,8 min manat və mərkəzləşdirilmiş xərcləri 11439980 min manat, yerli xərcləri 1308 020 min manat) məbləğində təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə