Elmar Məmmədyarov səfiri qəbul edib

Elmar Məmmədyarov səfiri qəbul edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfirini qəbul edib. SİA-nın verdiyi məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Yusif bin Həsən Yusif əl-Saini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Səfir Yusif bin Həsən Yusif əl-Saini diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.

Nazir Elmar Məmmədyarov səfir Yusif bin Həsən Yusif əl-Saiyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə