Azərbaycan ordusu hərbi təyyarə və helikopterlərin iştirakı ilə parada hazırlıqlarını davam etdirir. SİA-nın verdiyi məlumata görə, iyunun 20-də hərbi təyyarə və helikopterlərin Bakı şəhəri üzərində növbəti uçuşları həyata keçirilib. Uçuşlar əsasən paradın keçiriləcəyi "Azadlıq" meydanının üzərində olub.
Qeyd edək ki, iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Bakıda parad keçiriləcək.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB