Asim Mollazadə: “Ermənistanın və Paşinyanın faciəsi dərinləşəcək" MÖVQE

Asim Mollazadə: “Ermənistanın və Paşinyanın faciəsi dərinləşəcək" MÖVQE

“Ermənistanın baş naziri Nikol Paşinyanın əsas məqsədi Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proseslərdə ermənilərlə mülayim davranmasına nail olmaq və erməniləri qorumağı davam etdirməkdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

“Lakin Paşinyan bir məsələni anlamır ki, problemin həlli yeganə bir yoldan ibarətdir, o da Azərbaycanla sülh istiqamətində birgə addım atmaqdır. Prezident İlham Əliyev çıxışlarında açıq şəkildə Ermənistan rəhbərliyinin diqqətinə çatdırdı və Paşinyana xilas yolunu göstərdi. Paşinyan hansısa başqa bir yollar axtaracaqsa, deməli o halda Ermənistanın və Paşinyanın faciəsi dərinləşəcək”, - deyə, A.Mollazadə bildirib.

Deputat ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistana iyunun 13-də edəcəyi səfərə də toxunaraq deyib ki, bu səfərdən heç nə gözləməyə dəyməz.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə