"Cənub Qaz Dəhlizi Azərbaycan Prezidentinin yorulmaz fəaliyyətinin nəticəsidir"
"Cənub Qaz Dəhlizi Azərbaycan prezidentinin yorulmaz fəaliyyətinin nəticəsidir". SİA-nın məlumatına görə, bunu bu gün OPEC-in baş katibi Məhəmməd Barkindo Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində çıxışında bildirib.
Baş katib deyib ki, bu uğurlar neft-qaz şirkətləri ilə qurulmuş uğurlu əməkdaşlığın nəticəsidir: "Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə töhfə veriləcək. Hər kəs birlikdə irəli gedirsə, uğur öz özünə gəlir. İki ay əvvəl Azərbaycanda olmuşdum, prezident və energetika naziri ilə görüşmüşdüm. Dünya enerji bazarı ilə bağlı müzakirə apardıq. Biz Vyanada aparılan müzakirələrdə sizin tövsiyyələrinizdən bəhrələnmişik. Biz əməkdaşlığımızın genişləndirililməsi üçün mümkün imkanları müzakirə etməyə hazırıq. OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlıq inkişaf etdirilməlidir. Dayanıqlı sabitlik haqqında düşünməliyik, bu, qlobal öhdəlikdir".
OPEK prezidenti Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB