"Xalq Cümhuriyyəti süquta uğramasaydı bu gün biz ən zəngin ölkələrdən biri olardıq"
"Əgər 1920-ci ildə Xalq Cümhuriyyəti süquta uğramasaydı bu gün biz ən zəngin ölkələrdən biri olardıq". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib.
Dövlət başçısı deyib ki, sonrakı dövürdə Azərbaycan müstəqil olmadığı üçün xalqımız öz sərvətindən bəhrələnə bilməyib: "Azərbaycan dünya neft hasilatının əksəriyyətini təmin edirdi. Amma o illər azərbaycanlılar bundan bəhrələnə bilməyib. Xalq səfalət içində yaşayır, sənaye inkişaf etmirdi. Azərbaycan sadəcə resurs mənbəyi idi. Neftimiz tükənir, buradan əldən olunan gəlir vətəndaşlarımıza, ölkənin inkişafına xidmət etmirdi. Bu gün bunu aradan qaldırdıq. Biz bu gün böyük layihələri vətəndaşlarımızla birgə icra edirik. 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanın uğurlu inkişaf dövrü başlayıb. Ölkə qarşısında bütün vəzifələr uğurla icra etdirilir, neft-qaz sektoru inkişaf edir. 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanıb. 24 il bundan öncə imzalanan "Əsrin müqaviləsi" ötən il 2050-ci ilə qədər uzadıldı. Bunun özü göstərdi ki, bu quyunun nə qədər neft ehtiyatı var. Bu gün müqavilənin icrası uğurla gedir. Bu müqavilədən sonra Azərbaycanın yeni neft strategiyası həyata keçilməyə başlanıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB