Elmar Məmmədyarov Nyu-Yorka yola düşüb

Elmar Məmmədyarov Nyu-Yorka yola düşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin mənzil-qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka yola düşüb.

Bu barədə SİA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun BMT-nin rəhbərliyi və digər rəsmi şəxslərlə bir sıra ikitərəfli rəsmi görüşləri də nəzərdə tutulub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə