RİTN tərəfindən elan olunmuş müsabiqə çərçivəsində onlayn-səsvermə başlanıb
Noyabrın 16-da Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən elan olunmuş müsabiqə çərçivəsində onlayn-səsvermə başlanıb.
RİTN-dən SİA-ya verilən məlumata görə, ölkədə informasiya cəmiyyətinin inkişafı məqsədilə, eləcə də 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramının qeyd olunması ilə əlaqədar olaraq oktyabr ayında RİTN aşağıdakı nominasiyalar üzrə -İKT üzrə ən yaxşı aktual məqalə, elmi məqalə, kitab və elektron xidmət mövzusunda müsabiqə elan edib. Müsabiqənin baş sponsorları Bakcell və Azerfon şirkətləridir.
Həmçinin qeyd etmək lazımdır ki, müsabiqə komitəsi, respublikada müqəddəs Qurban bayramının qeyd olunduğunu nəzərə alaraq, iştirak etmək üçün təqdim olunan işlərin qəbulunun noyabr ayının 22-dək uzadılmasını qərara alıb.
Müsabiqədə iştirak etmək üçün www.aztelekom.org/iktmusabiqe saytında qeydiyyatdan keçmək zəruridir. Qeydiyyatdan keçmiş namizədlər nominasiyalar üzrə materiallarını yuxarıda qeyd olunan sayt vasitəsi ilə təqdim edir. Eyni zamanda, materiallar kağız formatında münsiflər heyətinə (Z.Əliyeva küç., 33 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinə) təqdim olunur.
Müsabiqənin qalibləri iki mərhələdə səsvermə yolu ilə müəyyən olunur. Noyabrın 16-dan 28-dək davam edəcək I mərhələdə səsvermə onlayn rejimdə www.aztelekom.org/iktmusabiqe resursu vasitəsilə həyata keçirilir. Hazırda ümumilikdə müsabiqədə 39 namizəd iştirak edir.
II mərhələdə namizədlər arasından qaliblər münsiflər heyəti tərəfindən (onlayn səsvermənin nəticələri nəzərə alınmaqla) müəyyən edilir.
Müsabiqənin gedişatı ilə sözügedən saytda ətraflı tanış olmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB