Roland Kobia: “İranın hazırda “Nabucco”ya qoşulması mümkün deyil”
"İran hazırda "Nabucco"ya qoşula bilməz". SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəsi Roland Kobia Avropa İttifaqının (Aİ) Avropanın enerji infrastrukturunun inkişafına dair növbəti onillik və ondan sonrakı dövr üçün öz yeni konsepsiyanın təqdimatına dair keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, buna səbəb İranda mövcud olan siyasi rejimdir: "İran geniş qaz ehtiyatlarına malikdir. Lakin İranın Avropa üçün əhəmiyyətli olan layihələrə qoşulması hazırda mümkün deyil. Çünki Avropa İttifaqı yaxınlarda bu ölkə ilə bağlı sanksiyalar qəbul edib. Eyni zamanda siyasi vəziyyət də buna imkan vermir".
R. Kobia İranın "Nabucco"ya qoşulmasını yalnız ölkə daxilində siyasi vəziyyətin stabilləşdikdən sonra mümkün olacağını bildirib: "Siyasi vəziyyət stabilləşdikdən sonra təbii ki, rəsmi Tehran iqtisadi potensialını genişləndirmək istəyəcək. Məhz həmin zaman Avropa İttifaqı İran tərəfindən irəli sürülən təkliflərə nəzər yetirə və köməklik göstərə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB