İran Prezidenti Mahmud Əhmədinejad Baş nazir Artur Rasizadə ilə görüşüb
Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Mahmud Əhmədinejad noyabrın 17-də Baş nazir Artur Rasizadə ilə görüşüb.
SİA-nın məlumatına görə, Baş nazir Artur Rasizadə qardaş ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.
İran Prezidenti Mahmud Əhmədinejad Qurban bayramı günlərində qardaş Azərbaycanda olmağından məmnunluğunu bildirib.
Görüşdə İran ilə Azərbaycan arasında əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB