Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağda 13 gündür hərbi təlim keçirir
Ermənistan silahlı qüvvələri yenidən hərbi təlimlərə başlayıb. SİA-nın erməni kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, ötən gün keçirilən hərbi təlimlərdə Ermənistan prezidenti Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyanda iştirak edib. Ermənistan prezidenti Serj Sarkisyanı həmçinin Xankəndi separatçı rejimin rəhbəri də müşayət edib.
Təlimlərdə əsasən artilleriya silahlarından, top və tanklardan, qrad qurğularından atəş açılır. Atəş səsləri Ağdamla yanaşı Ağcabədi, Tərtər və Bərdə rayonlarının təmas xəttinə yaxın ərazilərində yaxından eşidilir.
Qeyd edək ki, nə Ermənistan müdafiə nazirliyi, nə də ki separatçı qurum hərbi təlimlərlə bağlı heç bir rəsmi məlumat yaymayıblar. Eyni zamanda hərbi təlimləri izləmək istəyən yerli müxbirlərə qadağa qoyulub. Bu gün həmçinin Ermənistan prezidenti Serj Sarkisyan təmas xəttində olan hərbçilər üçün tikilən evlərin açılışında da iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB