Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın yeni baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş keçirilib. SİA Rusiya KİV-nə istinadən xəbər verir ki, Avrasiya İttifaqının sammiti çərçivəsində təkbətək görüş keçirən iki liderin görüşü maraqla gözlənilirdi.
“Sizi baş nazir seçilməyiniz münasibətilə təbrik edirəm. Ermənistanı regiondakı yaxın tərəfdaşımız və müttəfiqimiz görürük”-deyə Putin deyib.
“Baş nazir seçilməyimdən bir neçə gün sonra sizinlə görüşmək şansına görə təşəkkür edirəm. Ermənistanla Rusiya arasında strateji münasibətlərin olması heç bir şübhə doğura bilməz və sizi inandırıram ki, bu məsələdə Ermənistan cəmiyyətində konsensus var”-deyə, Paşinyan bildirib.
Bundan sonra, görüş bağlı qapılar arxasında keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB