Məlahət İbrahimqızı: “Çox üzülürəm ki, ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin həllində bu qədər fəallıq göstərmir” - Müsahibə

Məlahət İbrahimqızı: “Çox üzülürəm ki, ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin həllində bu qədər fəallıq göstərmir” - Müsahibə

Millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızının SİA-ya müsahibəsi

 

- Məlahət xanım, bu dəfəki seçkiləri əvvəlki seçkilərdən nə ilə fərqləndi?

 

- Milli Məclisin IV çağırış seçkiləri əvvəlki seçkilərdən daha demokratik daha şəffaf keçməsi ilə fərqləndi. Düşünürəm ki, bu da ölkəmizdə həyata keçirilən siyasətin, demokratik inkişafın bir nümunəsidir. Azərbaycanın bütün bölgələrində, kəndlərində keçirilən seçkilərdə də biz bunun şahidi olduq. Vətəndaşların getdikcə seçki mədəniyyətinə daha çox malik olmaları bir daha göz önünə gəlir. Onların öz Konstitutsion hüquqlarından yüksək səviyyədə istifadə etməsi, xalqımızın alternativ əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan, prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasətini təsdiq edən nəticənin şahidi olduq. Bu bir daha göstərdi ki, həqiqətən də 1993-cü ildə əsası qoyulan, ikinci dəfə hakimiyyətə gələn ulu öndərin həyata keçirdiyi siyasətə xalq böyük rəğbətlə ehtiramla, məhəbbətlə öz münasibətini bildirir. Xalqımız, seçicilərin simasında prezident İlham Əliyevin 2003-cu üldən bugünə qədərə ölkədə apardığı böyük quruculuq işlərinə necə böyük hörmət bəslədiklərini və ehtiramlarını bildirdilər. Onların öz hörmətlərini, ehtiramlarını, rəğbətlərinini seçki günü Yeni Azərbaycan Partiyasının namizədlərinə səs vermələri ilə sübüt etdilər. Düzdür, onların partiyaya olan münasibətlərini biz seçki ərəfəsində də görmüşdük. Onlar bir daha Milli Məclisin III çağırışı zamanı ölkədə həyata keçirilən böyük layihələrə, quruculuq işlərinə, bütün sahələrin uğurla inkişaf etməsinə öz münasibətlərini bildirdilər. Bütün bunlar ölkəmizdə, cəmiyyətdə yaradılan demokratik ab-havadan irəli gəlir. Bir sözlə dövlət başçısının həyata keçirdiyi siyasətə xalq öz münasibətini göstərdi.

 

- Xalqımızı məhz Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə vadar edən nə idi?

 

- Seçkinin təblğat-təşviqat prosesində biz artıq bilirdik ki, Yeni Azərbaycan Partiyası necə ki, əvvəlcə qələbə çalmışdı, əksəriyyətlə parlamentdə təmsil olunurdusa Parlamentin IV çağırış seçkilərində də biz bu qələbəni qazanacağıq. Biz bütün görüşlərdə bunun şahidi olmuşuq. Xalqın partiyanın namizədlərinə olan münasibətini, dəstəyini görürdük. Görüşlər zamanı təkcə seçicilərin bizim partiyaya olan münasibətini deyil, həmçinin seçicilərin müxalifətə olan münasibətlərinin də şahidi olmuşuq. Əslində partiyamızın deməyə kifayət qədər sözü var idi. 5 ildə regionlarımızın, bütün bölgələrin siması o qədər dəyişilib ki, yaxşı mənada Azərbaycan inanılmaz bir vəziyyətdə gözəlləşib. Bütün sahələrdə nailiyyətlər əldə olunub. Kəndlərə və ya bölgələrə gedən zaman bölgə ilə paytaxt arasında demək olar ki, fərqin olmadığını görürük. Bu günlərdə prezident İlham Əlievin iştirakı ilə açılan yeni obyektlər, yaşayış massivləri, müəssisələr, təhsil ocaqları, yollar, körpülər, səhiyyə müəssisələri 5 il ərzində görülən saysız hesabsız uğurların nişanı, timsalıdır. Ona görə də seçicilər böyük məmuniyyətlə Yeni Azərbaycan Partiyasına, onun sədrinin həyata keçirdiyi uğurlu siyasəti dəstəkləməklə öz münasibətlərini bildirdilər. Eyni zamanda bütün bu münasibətin, dəstəyin nəticəsi kimi 7 noyabrda da onlar Yeni Azərbaycan Partiyasına vahid səslə səs verdilər.

 

- Seçkilərlə əlaqədar müsbət rəylərlə yanaşı mənfi fikirlərdə səsləndi. Hətta ABŞ Dövlət Departamenti seçkilərin demokratik şəraitdə keçirilmədiyini də bəyan etdi. Necə düşünürsüz Azərbaycan seçki praktikasında ABŞ-la nə dərəcədə müqayisə oluna bilər?

 

- ABŞ Dövlət Departamenti nə yazırsa yaza bilər. ABŞ-ın özündə də keçirilən seçkilərdə müəyyən neqativ hallar olur. Demokratiyanın sərhəddi, limiti yoxdur. Azərbaycanı 200-300 il demokratiya tarixinə malik olan bir ölkə ilə müqayisə edə bilmərik. Azərbaycanda da, Avropanın inkişaf etmiş ölkələrində də, Amerikanın özündə də hər zaman seçki ilə bağlı müəyən problemlər olur. Amma onların keçdiyi yolla Azərbaycanın keçidiyi yol bir deyil. Mən çox üzülürəm ki ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin həllində bu qədər fəallıq göstərmirlər. İşğalçı dövləti işğalçı adlandırmaq əvəzinə onu yuxarı başa keçirdirlər. Demokratiya inkişaf etdikcə yeni dəyərlər, tələblər meydana çıxır. İnşallah, bizim də 100-200 illik demokratik inkişaf yolumuz olanda bizim tələbətamız, meyarlarımız fərqli olacaq. Ona görə hesab edirəm ki, kimin və ya hansı müşahidəçinin nə deməyindən asılı olamayaraq parlament seçkisi Azərbaycan xalqının iradəsini ortaya qoyub. Ona görə də ABŞ Dölət Departamentinin Azərbaycanda keçirilən seçkilərlə əlaqədar yaydığı bəyanatı obyektiv hesab etmirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə