Saakyan istefa verdi

Ermənistanın Dövlət Əmlakı İşləri üzrə İdarəsinin rəisi Arman Saakyan istefa verdiyini açıqlayıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, A.Saakyan bu qərarının Nikol Paşinyanın baş nazir seçilməsi ilə əlaqədar olduğunu bildirib.

Qeyd edək ki, N.Paşinyan hakimiyyətə gəldikdən sonra hakim Respublika partiyası parlamentdə müxalifət mövqeyinə keçib.

N.Paşinyan mayın 8-i parlamentdə keçirilmiş səsvermə nəticəsində baş nazir seçilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə