Politoloq: “Ermənistan rəsmilərinin səfərlərinə seyrçi qalmalı deyilik” MÖVQE
“Ermənistanda 10 dənə prezident və baş nazir dəyişsə də seçildikdən sonra hər birinin ilk səfər trayektoriyası eyni olacaq: birinci Xankəndinə gələcək, sonra Moskvaya ağalarının yanına uçacaq”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, təəssüf ki, Ermənistanda bu trayektoriyanı poza biləcək siyasətçi yoxdur: “Ancaq bunu bilə-bilə biz də əllərimizi sallayıb Ermənistan rəsmilərinin işğal altındakı torpaqlara səfərlərinə seyrçi qalmalı deyilik. XİN-nin hadisə baş verəndən sonrakı bəyanatları ilə uzağa gedə bilməyəcəyik, başqa addımlar lazımdır. Ermənistan rəsmilərindən hər hansı birinin torpaqlarımıza qeyri-qanuni səfəri cəbhə bölgəsində gərginliyə səbəb olmalıdır. Bu səbəbi biz yaratmalıyıq. Gələn də bilməlidir ki, onun hər səfəri 5-10 erməninin ölümünə səbəb olur. Bundan sonra "bu qədər ölümə görə Qarabağa getməyə dəyərmi" sualı üzərində qara-qara düşünməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB