"Rusiyanın istəyi olmadan Ermənistanda baş nazirin təyinatından söz gedə bilməz" ŞƏRH
“Ermənistanda başlanan mitinqlərdən məlum idi ki, müxalif lideri Paşinyan baş nazir olmaq iddiasındadır. O diplomat olmasa da, natiqdir. Təbii ki, mitinqlər idarə olunan idi. Paşinyan da öz növbəsində tələbələrdən, regionlarda yaşayan vətəndaşlardan mühüm istifadə etdi”. Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Paşinyanın tələbə və regionlarda yaşayan insanlardan istifadə etməsinin səbəbləri?
Müxalifət liderinin məhz tələbə və regionlarda yaşayan insanlardan istifadə etməsinin səbəblərini açıqlayan politoloq deyib: “Bildiyiniz kimi tələbələr gələcək hərbi çağırışçılardır və onlar Dağlıq Qarabağ ərazisində döyüşlərə göndərilə bilər. Regionlarda da yaşayanlar isə kasıbçılıq və səfalət içərisində olduqları üçün onlar Sarkisyanın nəyin bahasına olursa-olsun hakimiyyətdən getməsini istədikləri üçün Paşinyanı lider kimi görə bildilər. Amma bu o demək deyil ki, bu insanlar Paşinyanı baş nazir kimi görmək istəyirlər. Burada Paşinyanın yerinə digəri də ola bilərdi”.
"Ermənistan Milli Məclisinin ötən günkü iclasının nəticələri gözlənilən idi"
Ötən gün Ermənistan Milli Məclisində keçirilən xüsusi iclasa Paşinyanın baş nazir seçilməsi üçün az səs toplaması məsələsinə gəlincə, A. Nağıyev qeyd edib ki, bu gözlənilən idi: “Çünki, Sarkisyanın intizarında olan və prezidenti təyin edən Respublikaçılar Partiyasın parlamentdə 105 deputat səsindən 58 səsə malikdirlər. Qalan 47 səs Sarukyan və digər bloklar arasında bölünmüşdü. Belə olan halda, müxalifət liderinin səs toplamaması gözlənilən idi”.
"Rusiyanın istəyi olmadan baş nazirin təyinatından söz gedə bilməz"
Politoloq söyləyib ki, Rusiyanın istəyi olmadan Ermənistanda baş nazirin təyinatından söz gedə bilməz: “Çünki, Paşinyan da dəfələrlə çıxışında Qarabağ kartından, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, eyni zamanda hər bir millətin öz müqəddəratını təyin etmə prinsipini ortaya qoyması kimi məsələlərdən istifadə edir. Bütün bunlardan hiss olunur ki, Paşinyan Serj Sarkisyandan bir addım da irəli getməyib. Ermənistanda baş verənlərin “məxməri inqilab” adlandırsalar da, bu inqilab xaricdən konkret proqram əsasında idarə olunur”.
"Paşinyanın ümumiyyətlə hər hansı proqramı yoxdur"
Keçmiş MDB məkanında “məxməri inqilab”ın Gürcüstanda, Ukraynada və Qırğızıstanda baş tutduğunu dilə gətirən A. Nağıyev vurğulayıb ki, orada hakimiyyətə gələn hər hansı qüvvənin müəyyən planları olub: “Bu gün Sarkisyanın gedişindən sonra Paşinyanın ümumiyyətlə hər hansı proqramı yoxdur. Hətta büdcə, hərbi məsələlər və digərləri ilə əlaqədar ünvanlanan suallardan da göründü ki, onun konkret proqramı yoxdur. Lakin 1 həftədən sonra Paşinyan növbəti iclasda müxtəlif təzyiq vasitələri əsasında səs toplaya bilər. Bildiyiniz kimi ötən gün ona yalnız 46 deputat səs verdi ki bu da Respublikaçılar partiyasından kənar blokların nümayəndələridir”.
"Bütün proseslər Qarabağ kartının üzərində qurulub"
“Paşinyan baş nazir seçilsə də, seçilməsə də onun Azərbaycana, eləcə də Dağlıq Qarabağa qarşı hər hansı planın olduğunu düşünmürəm. Danışıqlardan elə düşünülür ki, onlar Dağlıq Qarabağın separatçılarını üçüncü qüvvə kimi görmək istəyirlər. Bütün proseslər Qarabağ kartının üzərində qurulub. Eyni zamanda etirazçılar da çıxışlarında hazırki iqtisadi problemləri, dövlətin təhlükəsizliyi ilə bağlı təhdidləri, eləcə də beynəlxalq layihələrdən kənarda qalmalarını Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqələndirirlər. Buna görə də düşünürəm ki, Paşinyan bu istiqamətdə addım atsa ondan Baş nazir ola bilər. Təbii ki müəyyən təsirlər vasitəsilə 1 həftədən sonra yenidən səsvermə olacaq. Bu da artıq Sarkisyanın və digər bloklarda cəmləşən deputatların hansı təlimat alacağından asılıdır. Əks təqdirdə parlament buraxılacaq. Ümumiyyətlə Paşinyanın da ilk planı Baş nazir olandan sonra parlamenti buraxmaqdır. Hətta prezidentin legitimliyi məsələsi də gündəmə gələ bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB