Ermənistan parlamentinin “Yelk” (Çıxış) fraksiyası baş nazir vəzifəsinə Nikol Paşinyanın namizədliyini irəli sürüb. SİA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə fraksiyanın üzvü Edmon Marukyan bildirib.
Namizədlik məsələsi parlamentin 1 may tarixli iclasında müzakirə ediləcək.
Qeyd edək ki, baş nazir seçilmək üçün 53 səs tələb olunur.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB