Xaricdəki "söyüş qrupu"nun da, Azərbaycana gətirilərək, məhkəmə qarşısına çıxarılacağı şübhəsizdir
Reallığı özündə əks etdirən fakt ondan ibarətdir ki. dağıdıcı xislətli müxalif partiya sədrlərinin əksəriyyəti bu və ya digər formada xarici anti-Azərbaycan qüvvələrə bağlıdırlar. Onlardan maliyyə vəsaiti alır və qarşılığında pozucu əməllərə cəhdlər göstərirlər. Bunu sübut edən kifayət qədər misallar göstərmək olar. Sadəcə, Müsavat fəalı Əfqan Muxtarlının və AXCP sədr müavini Gözəl Bayramovanın Gürcüstandan külli miqdarda maliyyə vəsaitini qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirməyə cəhd edən zaman sərhəd keçid məntəqəsində saxlanılmaları bütün şübhəli məqamalara aydınlıq gətirmiş oldu. Artıq məhkəmə sözügedən şəxslərin xarici fondlardan alınan maliyyə vəsaitinin Azərbaycanın dağıdıcı müxalifətinə çatdırılmalı olduqlarını sübut edib. Ancaq Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli və digərləri sübut və dəlilləri inkar etməyə, özlərini təmizə çıxartmağa cəhdlər göstərirlər. Söz yox ki, onların özlərini müdafiə xarakterli hay-küyləri əhəmiyyətsiz hay-küydən başqa bir şey deyil.
"Quska" haqqında biabırçı faktlar üzə çıxdı
Eləcə də, sübuta yetirilməkdədir ki, "Quska" ləqəbli Hüseyn Abdullayev Avropadakı "söyüş qrupu"na Azərbaycan əleyhinə anti-təbliğat kampaniyası aparması üçün maliyyə yardımları göstərib. Təbii ki, özünün deyil, məkrli qüvvələrin ayırdığı, maliyyə vəsaitdən. Hansı ki, H.Abdullayevin özü böğaza qədər çirkabın içində olan, bu xalqa, dövlətə yamanlıqlar edən, şəxsdir. Onun fəaliyyəti qanunsuz əməllərdən ibarət olub. "Quska" ləqəbli H. Abdullayev 300 nəfərdən ibarət qanunsuz dəstə saxlayıb. Bu dəstənin əsas işi, fəaliyyəti qanunsuz işlər görmək, adam döymək, "razborka"lar aparmaq və reketçilik yolu ilə sahibkarları, iş adamlarını döyüb, onların pullarını əllərindən almaq olub. Yəni, deputat olduğu zaman H.Abdullayev böyük cinayət əməllərin başında dayanan şəxs idi.
Keçmiş polis rəisi Müşviq Mədətov mətbuata açıqlamasında H.Abdullayevin qorxaq və mənəviyyatsız bir şəxs olduğunu bildirib. Qeyd edib ki, H.Abdullayev həbsxanada özünü rüsvayçı vəziyyətə salıb: "Bu gün var-gəl edən, özünü qəhrəman kimi cəmiyyətə sırımağa çalışan Hüseyn Abdullayev həbsxanada çətinə düşən kimi ağlayırmış. İndi "Quska"nın yanında heç kim yoxdu. O tutulanda da yanında heç kim yox idi. Kişi kimi yata da bilmədi. Həbsxanada "sındı". Yaxınları girib, kamerada ona-buna yalvarırdı. Müğənnilər çıxıb televiziyada bunun xahişini edirdilər. Əlaqə saxlayıb məlumat alırdıq. Dustaqlar gəlib deyirdilər ki, "Quska" türmədə özünü dəliliyə vurub ağlayır. Anası girib kamerada ona uşaq kimi qaşıqla yemək yedirirmiş ".
Bizim əldə etdiyimiz məlumatlar və M.Mədətovun da söylədiklərinə əsasən demək olar ki, H.Abdullayev satqın, xəyanətkar olmaqala yanaşı həm də, özünə hörmət etməyi bacarmayan şəxsdir. Təbii ki, bu günlərdə xaricdə həbs olunaraq Azərbaycana gətirilən H.Abdullayevi növbəti biabırçı olaylar gözləyir. Sabah mətbuatda yazılsa ki, "H.Abdullayev qorxusundan dəli olub", bu heç də, təəccüb, doğurmayacaq. Çünki, bu şəxsin xisləti, düşüncəsi və xarakteri zəiflikdən, iradəsizlikdən və nəhayət qorxaqlıqdan ibarətdir.
Düşmən dəyirmanına su tökənlər cəzasız qala bilməz
Sual yarana bilər ki, müxalifət liderləri və xaricdəki mühacir həyatı yaşayan azərbaycanlı adına iddia edənlər niyə doğulub, boya başa çatdıqları dövlətinə düşmən kəsilirlər? Nədən onlar xalqdan ayrı düşərək, milli maraqlarımıza zərbə vurmaq yolu tuturlar? Məncə cavabı qısadır, müstəqil fikirə malik olmamalı və xarici maraqlı dairələrin təsiri altına düşmələridir. Fikir verin, dağıdıcı müxaliflərlə yanaşı, Avropada mühacir həyataı yaşayan Orduxan Bəbirov, Məhəmməd Mirzəli, Tural Sadıqlı kimi erməni lobbisinin təsiri altında olanlar Azərbaycana qarşı, sərt, barışmaz mövqe sərgiləyirlər. Sosial şəbəkələrdə, ölkəmiz və xalqımıza ünvanlanan şər və
böhtan xarakterli videolar paylaşırlar. Nədi, nədi onlara kimsə, tula payı olan para verirlər. Kimlərsə, onlara yaşadıqları ölkələrdə, oturum izni alırlar. Eləcə də, orduxalar, mirzəlilər kimi düşüncə və əxlaq sahibi olan keçmiş səfir Arif Məmmədov. Bu məxluq dövlətinə və xalqına qarşı xəyanət yolu tutdu. Halbuki, Hesablama Palatası Arif Məmmədovun rəhbərliyi dövründə Azərbaycanın Avropa Şurası yanındakı daimi missiyasında yol verilmiş korrupsiya hallarına dair faktları üzə çıxarıb. O külli miqdarda ziyan vurumaqda, büdcə vəsaitlərinin qanunsuz istifadəsində ittiham olunur və ona qarşı cinayət işi açılıb. Həmin faktlar əsasında barəsində axtarış elan olunub. Təbii ki, A.Məmmədov H.Abdullayev kimi, həbs olunaraq Azərbaycana gətiriləcək və layiq olduğu cəzanı alacaq. Bu qaçılmazdır. Heç kəs, cəzadan yayına bilməz.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB