Kişinyovda GUAM ölkələrinin Beynəlxalq Gənclər Forumu keçiriləcəkdir
GUAM ölkələrinin Beynəlxalq Gənclər Forumu üçüncü dəfə Kişinyovda keçiriləcəkdir. SİA-nın məlumatına görə, MOLDPRESS agentliyinin yaydığı məlumatda bildirilir ki, Bu il forum noyabrın 6-23-də Moldova Respublikasında Gənclər günləri çərçivəsində baş tutacaqdır.
Moldova Gənclər və İdman Nazirliyi Gənclər Proqramları İdarəsinin rəisi İon Donya bildirmişdir ki, noyabrın 18-21-nə nəzərdə tutulmuş indiki forumun mövzusu GUAM ölkələri gənclərinin işlə təmin olunması imkanlarının axtarışı olacaqdır. Tədbirin sonunda müvafiq qətnamə qəbul ediləcəkdir.
Gənclər günləri çərçivəsində soaial-mədəni tədbirlər, teatr festivalı, yerli şuraların forumu, Avropa gənclər kartlarının paylanması kampaniyası təşkil ediləcək, ədəbiyyat, incəsənət, elm və texnika, habelə vətəndaş fəaliyyəti sahəsində istedadlı gənclər müəyyən olunacaqdır.
Gənclər günlərində ŞHK və gənc şairlərin müsabiqəsi, foto və rəsm sərgiləri, qadınlardan ibarət voleybol komandaları arasında və şosedə qaçış üzrə Moldova çempionatı, habelə "dəyirmi masa"lar və seminarlar keçiriləcəkdir. Noyabrın 17-də Beynəlxalq Tələbə Gününə həsr olunmuş estrada konserti olacaqdır.
Tədbirlərdən məqsəd gəncləri ictimai həyata cəlb etmək, ictimai-tərbiyəvi dəyərləri təbliğ etmək, gənclərin yaradıcı və intellektual potensialını üzə çıxarmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB