Gürcüstanda uran satan erməniləri həbs gözləyir

Gürcüstanda uran satan erməniləri həbs gözləyir

Gürcüstanda iki erməninin zənginləşdirilmiş uran qaçaqmalçılığı ilə məşğul olma ittihamı ilə həbs cəzasına məhkum edilməsi gözlənilir. SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, iki erməni mart ayında islamçı militan qiyafəsindəki xüsusi xidmət orqanı əməkdaşlarına 18 qram uran satmağa çalışarkən yaxalanıb.

Gürcüstan məbuatı bu şəxslərin daha 18 qram uran tapmağa söz verdiklərini yazıb. Məhkəmədə törətdikləri cinayət isbat olunan erməniləri 10 ildən çox həbs gözləyir.

Məhkəmə erməniləri həbs edən xüsusi xidmət orqanı əməkdaşlarının kimliklərinin gizli qalması üçün mətbuata qapalı keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə