Erməni xalqı Sarkisyana etiraz edir: "Serj çıx get" TƏHLİL

Ermənistanın iri şəhərlərində baş nazir Serj Sarkisyana qarşı etiraz aksiyaları artıq kütləviləşərək daha xırda ərazilərə də yayılmaqdadır. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, əziyyət o həddə çatıb ki, artıq kənd ağsaqqalları nümayişə başçılıq etməyə başlayıblar. Bu da cəmiyyəti sevindirməyə bilməz. Çünki, artıq Sarkisyan əleyhdarları sırasına istənilən yaşlı və sosial vəziyyətə malik insanlar daxil olub. Artıq bu repressiya dalğasını dağıtmaq mümkün deyil.

Təbii ki, Sarkisyan əleyhinə gedən etirazlarda ən fəallı gənclərdir ki, hansı onlar Sarkisyanın onlara hansı "gələcək" hazırladıqlarını yaxşı başa düşürlər. Buna görə də belə bir rejimin davam etməsinə qarşı çıxılır. Onlar anlayırlar ki, sosial iqtisadi vəziyyət daha da çətinləşəcək, insanların əzabı daha da artacaq, Ermənistanın müstəqilliyi əldən çıxaraq, ölkə Rusiyanın bir hissəsinə çevriləcək. İnsanlar buna etiraz edir.

Xaricdə yaşayan ermənilər də baş verənləri yaxından izləyir, və etirazçıları fəal şəkildə dəstəkləyirlər. Çünki, onlar özlərinin və uşaqlarımızın gələcəyi barədə düşünürlər. Onlar xaricdə deyil, öz ölkələrində yaşamaq istədiklərini bildirirlər. Xaricdə yaşayan ermənilər açıq şəkildə ifadə edirlər ki, ölkədə hakim olan anti- əhali rejimi onları ölkədən qaçmağa məcbur edib.

Ermənistan əhalisi Sarkisyanın "Şant" televiziyasına verdiyi müsahibəyə münasibət göstərərək, ölkənin iqtisadiyyatını çökdürən, insanları aclıq səfalət içində yaşayan bir şəxsin Ermənistanın gələcəyi ilə bağlı fikirlərinə gülünc əkildə yanaşdıqlarını ifadə ediblər.

Qeyd edək ki, dünyada tanınan ermənilər - Serj Tankian və Şarl Aznavour kimilər də Ermənistanda baş verənlərlə bağlı öz mövqeyini açıq şəkildə ifadə ediblər. Hətta erməni mənşəli məşhur Kanadalı aktrisa Arsine Xanjyan da mətbuata açıqlamasında açıq şəkildə Sarkisyanın hakimiyyətdən getməsini istəyib. Onun sözlərinə görə, diasporun böyük əksəriyyəti də xalqın tərəfindədir.

Aktrisa "Baş nazir" Sarkisyana müraciət edib: "Erməni xalqının əzab çəkdiyi kifayətdir. Mən Ermənistan vətəndaşı deyiləm, amma bir erməni kimi, xalqa hörmətlə yanaşmağı tələb edirəm. İşinizdən imtina etmək vaxtıdır. Xalqın özünü idarəetmə dəyərlərini sınamasına imkan verin".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə