Seçki İnformasiya Mərkəzi səsvermədə iştirak edən seçicilərin fəallığı ilə bağlı saat 19:00-a olan son hesabatını açıqlayıb. SİA-nın məlumatına görə, Milli Məclisə keçirilən seçkidə ümumilikdə 2 milyon 480 min 205 nəfər seçici iştirak edib. Bu isə sesvermə hüququ olan əhalinin 50,14 faizi deməkdir. Ən çox fəallığı yenə də 14 saylı Xəzər II seçki dairəsinin seçiciləri nümayiş etdirib. Belə ki, həmin dairənin 78,21 faiz seçiciləri səsvermədə iştirak edib. 22 saylı Nəsimi II seçki dairəsinin seçiciləri isə passivlik göstərib və seçkidə yalnız dairənin 20,37 faiz sesvermə hüququ olan seçiciləri iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB