“ELS” Müstəqil Araşdırmalar Mərkəzi: "Seçici fəallığı 46,7 faiz olub"

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi: "Seçici fəallığı 46,7 faiz olub"

"ELS" Müstəqil Araşdırmalar Mərkəzi saat 17:00-ə qədər olan seçici fəallığının səviyyəsini açıqlayıb. Mərkəzdən SİA-ya verilən məlumata görə, seçici fəallığı 46,7 faiz olub.

Qeyd edək ki, "ELS" Müstəqil Araşdırmalar Mərkəzi bu gün keçirilən parlament seçkilərində 118 Seçki Dairəsində 1180 məntəqədə "exit-poll" həyata keçirir. Tədqiqat prosesində 2360 nəfər intervüer, qərargahda isə 300-ə yaxın əməkdaş, eləcə də supervayzer fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə