Maryo Devid: “Heç bir pozuntu və şikayət faktı qeydə alınmayıb”

Maryo Devid: “Heç bir pozuntu və şikayət faktı qeydə alınmayıb”

Azərbaycanda prezident seçkilərini izləyən Mərkəzçi Demokrat Beynəlxalq Hərəkatının müşahidələrinin mətbuat konfransında hərəkatın Portuqaliyadan olan nümayəndəsi Maryo Devid deyib ki, Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir.

Portuqaliyalı müşahidəçinin sözlərinə görə, bütövlükdə bir çox ölkələrin müşahidəçiləri üçün seçkiləri izləməyə geniş imkan yaradılmışdı. “Bu da seçkilərin şəffaflığına öz töhfəsini verdi”-deyə qeyd edən M.Devid həmçinin bildirib ki, seçki prosesində iki xarici və iki yerli araşdırma şirkəti səsvermə ərzində “exit-poll” keçirib. Portuqaliyalı müşahidəçinin sözlərinə görə, müsbət məqam odur ki, namizədlər heç bir məhdudiyyət olmadan təşviqat kampaniyası aparıblar. Bu baxımdan, səsvermə günü seçici fəallığı da yüksək idi: “Bu, seçicilərin seçkiyə olan marağının və öz fikirlərini sərbəst şəkildə ifadə etmək istəklərinin göstəricisidir. Ümumilikdə, namizədlərin irəli sürülməsi və qeydiyyatı zamanı heç bir pozuntu və şikayət faktı qeydə alınmayıb. Seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks eydirir”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə