Şəhid hərbçilərimiz Mübariz İbrahimov və Fərid Əhmədovun meyiti sabah qaytarılacaq

Şəhid hərbçilərimiz Mübariz İbrahimov və Fərid Əhmədovun meyiti sabah qaytarılacaq

Sabah Azərbaycanın iki hərbçi gizir Mübariz İbrahimov və zabit Fərid Əhmədovun meyiti Azərbaycana qaytarılacaq. Bu barədə məlumatı SİA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

 

Əməliyyat noyabrın 6-da saat 16:00 radələrində Ağdam istiqamətində baş tutacaq.

 

Azərbaycan tərəfi isə onlara itikin düşmüş erməni Arustamyan Qavruşa Xaçaturoviçin meyitini təhvil verəcək.

 

Qeyd edək ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə