Pirallahılıların seçimi İlham Əliyev cənablarıdır!

Pirallahılıların seçimi İlham Əliyev cənablarıdır!

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Kampaniya çərçivəsində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında rayonun seçiciləri ilə mitinq-görüş keçirilib.

Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının üzvü, YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, YAP fəalları və seçicilər iştirak ediblər.

Mitinq-görüşü YAP Mərkəzi Seçki Qərargahı Pirallahı rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Hikmət Şikarov açaraq Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlardan, praqmatik daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı uğurlardan bəhs edib. Hikmət Şikarov əlavə edib ki, Pirallahı rayonundan olan seçicilər aprelin 11-də keçiriləcək prezident seçkilərində birmənalı şəkildə cənab İlham Əliyevə səs verəcəklər. Azad və demokratik prezident seçkiləri nəticəsində xalqımız növbəti dəfə cənab İlham Əliyevin parlaq qələbəsini bayram edəcək. Çünki cənab İlham Əliyev xalqımızın alternativsiz lideridir.

Mitinq-görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının və partiyanın Siyasi Şuranın üzvü, «İki sahil» qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, ötən 15 ildə möhtərəm Prezident cənab İlham Əliyevin atdığı addımlar Azərbaycanın güclü dövlətə çevrilməsinə yönəlib.

«Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməklə ölkəmizin beynəlxalq aləmdə nüfuzunu, iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirən cənab İlham Əliyev son on beş ildə hər bir vədini konkret əməli işi ilə təsdiqləməklə xalqın ona olan inamını, etimadını daha da artırdı» deyən YAP Siyasi Şurasının üzvu V.Rəhimzadə qeyd edib ki, bu müddət ərzində cənab İlham Əliyevin həyata keçirdiyi irimiqyaslı layihələr əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması ilə bağlı imzaladığı Fərman və sərəncamlar onu deməyə əsas verir ki, bizim hər birimiz növbəti yeddi il ərzində də bu inkişaf strategiyasının uğurla davam etdirilməsi üçün cənab İlham Əliyevə səs verməliyik.

V.Rəhimzadə seçiciləri seçkilərdə fəal olmağa çağıraraq «Bizim bir bayrağımız, bir gerbimiz, bir himnimiz və bir Prezidentimiz var. O da cənab İlham Əliyevdir» deyib.

Çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov Azərbaycanın son 15 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi nailiyyətlərdən, ölkəmizin davamlı inkişafından və respublikadakı mövcud sabitlikdən danışıb. Çıxışının sonunda C.Cəfərov tədbir iştirakçılarını xalqın ən layiqli namizədi olan cənab İlham Əliyevə səs verməyə çağırıb. «Əziz seçicilər, bu inkişafı davamlı etmək, balalarımızın xoşbəxt həyatı, əmin-amanlıq üçün, Azərbaycanın işıqlı gələcəyi naminə, cənab İlham Əliyevə səs verək.»

Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev çıxış edərək ölkədə bütün sahələrdə sürətli inkişaf getdiyini diqqətə çatdırıb. B.Allahverdiyev qeyd edib ki, cənab İlham Əliyev bütün fəaliyyətini Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr edib.

Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məmmədov rayon əhalisinin yaşlı təbəqəsinin güzəranından, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan söz açaraq ağsaqqallar adından cənab İlham Əliyevi dəstəklədiklərini bildirib.

YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı Günel Məmmədova çıxış edərək prezidentliyə namizəd cənab İlham Əliyevin həyat və fəaliyyəti, eyni zamanda ölkəyə rəhbərlik etdiyi illər ərzində gördüyü işlər, Azərbaycan dövlətçiliyinin inkişafı və xalqımızın rifahı naminə sonsuz xidmətləri barədə ətraflı məlumat verib.

Mitinq-görüşdə çıxışçılar cənab İlham Əliyevin ünvanına sürəkli alqış və «İlhamla irəli» şüarları səsləndiriblər.

Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə